
Hüquqinfo.az bildirir ki,
Amerikada jurnalistika ölüb, ölkədəki media isə qərəzsiz və obyektiv olmaqdan çıxaraq kommersiya müəssisələrinə çevrilib.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi tapşırıqlar üzrə elçisi Riçard Qrenel bildirib.
"Problem ondadır ki, jurnalistika ölüb. Amerikalılar medianı kommersiya müəssisəsi kimi qəbul edirlər - onlar artıq hadisələrin obyektiv və qərəzsiz işıqlandırılmasını təmin etmirlər. Buna görə də onlara, əslində, olduqları kimi, özəl müəssisələr kimi yanaşın", - Qrenel "CNN", "MS NOW" telekanallarının və "Politico" qəzetinin jurnalistlərinin Ağ Evə girişdən məhrum edilməsini şərh edərkən "X"də yazıb.










