Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Antiterror əməliyyatları şəhidi Tural Cahangirov anıldı--:--
News
Selçuk Bayraktaroğlu NATO-nun toplantısına qatılıb--:--
News
İrəvanda Putinə qarşı aksiya başladı - Video--:--
News
Rusiyada ayı daha 2 nəfəri parçalayıb--:--
News
Rəşad Sadıqovdan nümunəvi davranış--:--
News
Antiterror əməliyyatları şəhidi Tural Cahangirov anıldı--:--
News
Selçuk Bayraktaroğlu NATO-nun toplantısına qatılıb--:--
News
İrəvanda Putinə qarşı aksiya başladı - Video--:--
News
Rusiyada ayı daha 2 nəfəri parçalayıb--:--
News
Rəşad Sadıqovdan nümunəvi davranış--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Soltan Məmmədov: Xankəndidə Azərbaycan bayrağının ucaldılması tarixi arzularımızın gerçəkləşməsinin rəmzidir

Bugün, 12:05
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Deputat bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi-strateji siyasət, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin və müdafiə potensialının gücləndirilməsi istiqamətində görülən ardıcıl tədbirlər ölkəmizin hərbi imkanlarının əhəmiyyətli dərəcədə artırılmasını təmin edib. Bu siyasətin nəticələri xüsusilə 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı özünü aydın şəkildə göstərib. Azərbaycan Ordusu qarşısında duran tarixi vəzifəni uğurla yerinə yetirərək ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.

Deputat qeyd edib ki, artıq üç ildir ölkəmizdə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd olunur: “Bu şəhərlərin Azərbaycanın nəzarətinə qaytarılması mühüm tarixi hadisədir. 30 ildən sonra Xankəndi şəhərinin mərkəzində Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması xalqımızın tarixi arzularından birinin gerçəkləşməsinin rəmzinə çevrilib. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin Azərbaycanın vahid dövlət məkanına reinteqrasiyası həmin ərazilərdə yeni inkişaf və quruculuq mərhələsinin başlanğıcını qoyub”.

Soltan Məmmədov nəzərə çatdırıb ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir: “Qarabağ və Şərqi Zəngəzurda müasir infrastrukturun formalaşdırılması, şəhər və kəndlərin yenidən qurulması, sosial və ictimai obyektlərin istifadəyə verilməsi, eləcə də keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına qayıdışının təmin olunması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu prosesin mühüm istiqamətlərindən biri də təhsil infrastrukturunun yaradılması və inkişaf etdirilməsidir. Prezidentin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Qarabağ Universitetinin yaradılması və fəaliyyətə başlaması işğaldan azad edilmiş ərazilərdə ali təhsilin inkişafı, regionun intellektual potensialının formalaşdırılması və gənclərin Qarabağda təhsil alma imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

Deputat bildirib ki, görülən genişmiqyaslı işlər yalnız dağıdılmış infrastrukturun bərpasını deyil, eyni zamanda Qarabağ və Şərqi Zəngəzurun müasir, dayanıqlı və dinamik inkişaf edən regiona çevrilməsini nəzərdə tutur: “Bu baxımdan həyata keçirilən layihələr ərazilərin hərtərəfli inkişafına, dayanıqlı yaşayış mühitinin formalaşdırılmasına, insanların öz doğma yurdlarına qayıdışının təmin edilməsinə və Böyük Qayıdış prosesinin uğurla davam etdirilməsinə xidmət edir”.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

İrəvanda Putinə qarşı aksiya başladı - Video

News thumbnail
siyaset

Magyarın üstünə şərab tökdülər - Video

News thumbnail
siyaset

Macarıstanın "Pakş" AES-in gücü nasazlıq səbəbindən azaldılıb

Populyar Xəbərlər

News thumbnail
Bugün
huquq

Fransada polislərlə motosikletçilərin toqquşmasından sonra beş nəfər saxlanılıb

Bugün, 13:04
News thumbnail
Bugün
dunya

NATO şərq cinahında müharibəyə hazırdır - Draqone

Bugün, 13:03
News thumbnail
Bugün
son xeberler

Almaniyanın daha iki federal torpağında seçki keçirilir

Bugün, 13:02
News thumbnail
Bugün
dunya

İran Hörmüzlə bağlı son qərarını açıqladı

Bugün, 13:00

Həftənin Xəbərləri

News thumbnail
Bugün
dunya

Ukrayna Moskvanı “Flaminqo” ilə vurdu - Zelenski

Bugün, 12:54
News thumbnail
Bugün
siyaset

Macarıstanın "Pakş" AES-in gücü nasazlıq səbəbindən azaldılıb

Bugün, 12:51
News thumbnail
Bugün
dunya

Moskvaya hücum: 400-dən çox reys təxirə salındı

Bugün, 12:45
News thumbnail
Bugün
siyaset

“Bu dəfə “təlim”, “qayıdacağıq” demədillər, hamı gözü ilə danışırdı” — DQ-nin dövlət suverenliyindəki payı - VİDEO

Bugün, 12:42
News thumbnail
Bugün
siyaset

Arzu Nağıyev: 19-20 sentyabr antiterror əməliyyatı Azərbaycan tarixinin ən mühüm hərbi-siyasi hadisəsidir

Bugün, 12:41
News thumbnail
Bugün
dunya

Bakıya yağış, rayonlara dolu

Bugün, 12:31
News thumbnail
siyaset

“Bu dəfə “təlim”, “qayıdacağıq” demədillər, hamı gözü ilə danışırdı” — DQ-nin dövlət suverenliyindəki payı - VİDEO

News thumbnail
siyaset

Arzu Nağıyev: 19-20 sentyabr antiterror əməliyyatı Azərbaycan tarixinin ən mühüm hərbi-siyasi hadisəsidir