
Hüquqinfo.az bildirir ki,
ABŞ lideri Donald Tramp tezliklə Rusiya Prezidenti Vladimir Putinlə yeni təkbətək görüş keçirə biləcəyini istisna etməyib.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə o, Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündən əvvəl jurnalistlərə bildirib.
Bununla yanaşı, Tramp üç ölkənin liderlərinin qarşıdakı Mayami G20 sammiti çərçivəsində görüşə biləcəklərinə şübhə etdiyini bildirib.
"Bilirəm ki, o mənlə görüşəcək. Bizim artıq Alyaskada görüşümüz baş tutub. Düşünürəm ki, o, daha birinə də hazırdır. Mayami barədə isə əmin deyiləm", - ABŞ Prezidenti deyib.
"Böyük İyirmiliyin" sammiti dekabrın 14-15-də Mayami ətrafındakı Doralda keçiriləcək.









