
Hüquqinfo.az bildirir ki,
Almaniyanın "Borussiya" (Münhenqladbax) klubu Aleksander Blessini baş məşqçi vəzifəsinə təyin edib.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
53 yaşlı almaniyalı mütəxəssislə 2028-ci ilə qədər müqavilə imzalanıb. Blessin bu postda sentyabrın 13-də vəzifəsindən ayrılan Oygen Polanskini əvəzləyib.
Münhenqladbax kollektivi 2026/2027 mövsümündə Bundesliqada keçirdiyi ilk 4 oyunun hamısında məğlub olub.
Qeyd eək ki, Aleksander Blessinin son iş yeri Almaniyanın "Sankt-Pauli" klubu olub. 53 yaşlı mütəxəssis ötən mövsümün sonunda bu komanda ilə Bundesliqadan aşağı dəstəyə düşüb.









