
Hüquqinfo.az bildirir ki,
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
D.Tramp vurğulayıb ki, Ağ Ev administrasiyası onun yüksək qiymətləndirdiyi azad mətbuata qarşı çıxmır, əksinə saxta informasiyaya qarşı məqsədyönlü mübarizə aparır:
"Ağ Ev mənim çox yüksək qiymətləndirdiyim azad mətbuata hücum etmir. O, ABŞ-də xərçəng kimi geniş yayılan bir təzahür olan saxta xəbərlərə hücum edir".
ABŞ Prezidenti həmçinin saxta xəbərləri "korrupsiyalaşmış, düşünülmüş, tam əlaqələndirilmiş və tamamilə nəzarətdən çıxmış" adlandırıb: "Bu, bizim milli təhlükəsizliyimizə təhlükə yaradır və onu indi dayandırmaq lazımdır!".









