
Hüquqinfo.az bildirir ki,
Ukrayna Rusiyanın ərazisindəki hərbi müəssisələrə, logistika mərkəzlərinə və yanacaq infrastrukturu obyektlərinə hava hücumundan müdafiə sistemlərini aşaraq uğurlu zərbələr endirir. Bu, Ukrayna qüvvələrinin, hətta Moskva da daxil olmaqla, Rusiyanın HHM sistemlərindən yan keçmək imkanına malik olması ilə bağlıdır.
"Həmçinin çoxsəviyyəli hava hücumundan müdafiə sisteminə malik Moskvaya da zərbələr endirilir. Ukrayna qüvvələri Rusiya HHM vasitələrini sistemli şəkildə yayındırmağı və konkret hədəflərə zərbələr endirməyi öyrənib. Moskva əsas mərkəzdir və onun üçqat müdafiə halqası var. Putinin olduğu və ya xüsusilə mühüm obyektlərin yerləşdiyi bəzi ərazilərdə isə bu müdafiə dörd, hətta beşqat ola bilər",- o bildirib.






