
Hüquqinfo.az bildirir ki,
"Hüquqinfo.az" xəbər verir ki, bunu "Visa" beynəlxalq kart təşkilatının CEMEA regionu üzrə Məhsullar və Həllər üzrə Baş vitse-prezidenti Godfrey Sullivan Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.
"Agent ödənişləri sahəsində ön sıralarda yer alan Azərbaycan bankları ilə əməkdaşlıq etməkdən şadıq. Biz hər gün məhsulları araşdırmaq, yaxşı restoran və otellər tapmaq üçün süni intellektdən (AI) istifadə edirik. İndi etməyə hazırlaşdığımız isə bu əməliyyatları tam olaraq (end-to-end) yekunlaşdırmaqdır. Yəni istifadəçini "ChatGPT"dən pərakəndə satış saytına yönləndirmədən, agent əməliyyatlarının birbaşa başdan-sona tamamlanmasını təmin etməkdir. Azərbaycan bankları bu sahədə ön sıralardadır. Biz "Visa Intelligent Commerce Readiness Program" adlı proqramı başlatmışıq və bu proqramda liderlər Azərbaycan banklarıdır. Onlar bu texnologiyanın tətbiqində öncüdürlər. Biz həmçinin bütün ölkə üzrə ticarət obyektləri (merchant) ilə işləyirik ki, qarşıdakı aylarda Azərbaycan sahibkarları da bu agent ödənişlərini qəbul edə bilsinlər", - deyə o qeyd edib.








