Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Vilayət Eyvazov xarici ölkələrə ezam olunan kursantlarl...--:--
News
Bu gün ABŞ-Ukrayna-Rusiya üçtərəfli görüşü baş tuta bil...--:--
News
Fromula 1-də qəza--:--
News
“AzerGold” 10 ildə ölkə iqtisadiyyatına 2,2 mlrd. manat...--:--
News
Ələt Azad İqtisadi Zonasının nümayəndə heyətinin Malayz...--:--
News
Vilayət Eyvazov xarici ölkələrə ezam olunan kursantlarl...--:--
News
Bu gün ABŞ-Ukrayna-Rusiya üçtərəfli görüşü baş tuta bil...--:--
News
Fromula 1-də qəza--:--
News
“AzerGold” 10 ildə ölkə iqtisadiyyatına 2,2 mlrd. manat...--:--
News
Ələt Azad İqtisadi Zonasının nümayəndə heyətinin Malayz...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Xətai rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib

Bugün, 15:30
News thumbnail

Hüquqinfo.az bildirir ki,

“Hüquqinfo.az” xəbər verir ki, konfransda Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı akademik Əhliman Əmiraslanov, YAP Xətai rayon Təşkilatının sədri Ramil Mirzəyev, rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, habelə rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.

İlk olaraq tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü qarşısına tər çiçəklər düzdülər, Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzü və suverenliyimizi beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq bərpa etmişik və bununla qürur duyuruq. İcra başçısı, həmçinin, qeyd edib ki, bu gün respublika ağsaqqalları ölkəmizin ictimai-siyasi həyatında mühüm yer tutur və dövlətimizin bugünkü inkişafında onların böyük rolu vardır. Ağsaqqallarımız həmişə gənclərə nümunə olmaqla yanaşı, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında xüsusi rol oynayır, öz bilik və təcrübələrini gənclərə öyrədirlər.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov qeyd edib ki, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz möhtəşəm Qələbə qazanaraq işğaldan azad etdiyi torpaqlarımızda hazırda geniş vüsətli quruculuq işləri aparılır və artıq bu torpaqların əsl sahibləri, məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıdırlar. Bu gün respublikamızın hər bir bölgəsində müşahidə edilən inkişaf prosesindən söhbət açan natiq bildirib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın daha da qüdrətlənməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Natiq bu inkişaf zəminində Azərbaycan Ağsaqqallar Şurasının da öz fəaliyyətini səmərəli şəkildə qurmasından, ağsaqqalların respublikamızın ictimai-siyasi həyatındakı böyük rolundan, həmçinin ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyə olunmasında ağsaqqallara hər zaman böyük ehtiyac duyulduğunu bildirib. O, Şuranın Nizamnamə və Əsasnaməsindən irəli gələn vəzifələr barədə də məlumat verib və tövsiyələrini çatdırıb.

YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev öz çıxışında müstəqil dövlətimizin güclənərək möhkəmlənməsində ağsaqqalların əvəzsiz xidmətlərindən söz açaraq, rayonun daha da inkişaf etdirilməsinə, Ölkə başçısı İlham Əliyevin respublikada həyata keçirdiyi yüksək fəaliyyətə rayon ağsaqqallarının hər zaman töhfə verəcəklərinə əmin olduğunu bildirib.

Xətai rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov çıxış edərək, ağsaqqalların rayondakı ictimai fəaliyyətindən, rayon əhalisi, o cümlədən gənclərlə keçirdikləri tövsiyə xarakterli görüşlərdən danışaraq, ölkənin ictimai-siyasi həyatında ağsaqqalların yaxından iştirak etdiklərini qeyd edib və şuranın hesabatını təqdim edib. Həmçinin, şura üzvləri çıxış edərək öz tövsiyə və təkliflərini bildirib, ağsaqqallara göstərilən dövlət qayğısına görə ölkə rəhbərinə minnətdarlıq ediblər.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Vilayət Eyvazov xarici ölkələrə ezam olunan kursantlarla görüşdü

News thumbnail
siyaset

Bu gün ABŞ-Ukrayna-Rusiya üçtərəfli görüşü baş tuta bilər

News thumbnail
siyaset

Ələt Azad İqtisadi Zonasının nümayəndə heyətinin Malayziyaya işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirilib

Populyar Xəbərlər

News thumbnail
Bugün
son xeberler

Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Bugün, 16:19
News thumbnail
Bugün
son xeberler

Məkkədə hücum xəbərdarlığı - Fövqəladə vəziyyət elan edildi

Bugün, 16:17
News thumbnail
Bugün
siyaset

Cəbrayılda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara mediatur

Bugün, 16:15
News thumbnail
Bugün
iqtisadiyyat

Almaniya Azərbaycandan 450 min tona yaxın neft tədarük edib

Bugün, 16:14

Həftənin Xəbərləri

News thumbnail
Bugün
huquq

Professor: Dağ-mədən sahəsinin dinamikası ancaq müsbət tərəfədir - RƏY

Bugün, 16:14
News thumbnail
Bugün
dunya

Bakıda güclü külək əsəcək – Xəbərdarlıq

Bugün, 16:11
News thumbnail
Bugün
iqtisadiyyat

“Expressbank” sahibkarlara 100 000 AZN-dək mikrokredit təklif edir

Bugün, 16:11
News thumbnail
Bugün
dunya

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ

Bugün, 16:09
News thumbnail
Bugün
dunya

Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

Bugün, 16:09
News thumbnail
Bugün
siyaset

Rektor Vətən müharibəsi iştirakçısı və şəhid ailəsi üzvü olan tələbələrlə görüşdü

Bugün, 16:05
News thumbnail
siyaset

Cəbrayılda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara mediatur

News thumbnail
siyaset

Rektor Vətən müharibəsi iştirakçısı və şəhid ailəsi üzvü olan tələbələrlə görüşdü