Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib | Hüquqinfo.az

Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 15-də Qırğız Respublikasında keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.
İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan və Özbəkistanın müdafiə nazirləri, həmçinin MDB Katibliyinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə müdafiə nazirləri İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində yerləşən İkinci Dünya müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidənin önünə əklillər qoyaraq, qəhrəmanların xatirəsini ehtiramla yad ediblər. Müdafiə qurumlarının rəhbərləri şəhər mühitinin abadlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması və regionunun təbii irsinin qorunub saxlanılması məqsədilə ağaclar əkiblər.
İclasda kollektiv təhlükəsizliyin təmin edilməsi məqsədilə orduların əməliyyat və döyüş hazırlığının təşkili, mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsində insansız sistemlərin və robototexnika komplekslərinin praktiki tətbiqi, həmçinin hücum və müdafiə zamanı pilotsuz uçuş aparatlarının tətbiqi məsələləri müzakirə olunub. Bununla yanaşı, ordu idmanı sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi və yarışların təşkili, habelə qarşılıqlı maraq doğuran digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
İclasının yekunda 2026-cı il ərzində görülmüş işlərin nəticələri ilə bağlı sənədlər və MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının 2027-ci il üçün İş Planı imzalanıb.
Populyar Xəbərlər

Qalatasaray Çempionlar Liqasında Ştutqartı məğlub edib | Hüquqinfo.az

Qalatasaray Ştutqart klubu ilə oyunda üstünlük qazandı | Hüquqinfo.az

Fransa həbsxanalarında məhbus sayı tarixi maksimuma yüksəldi | Hüquqinfo.az

Süni intellektə analiz nəticələrini oxutmaq təhlükə saçır | Hüquqinfo.az
Həftənin Xəbərləri

Böyük Britaniyada miqrantlar üçün daimi yaşayış icazəsi müddəti artırılır | Hüquqinfo.az
2 noy, 22:57
Donald Tramp: ABŞ Rusiya və Çin ilə qarşılıqlı kəşfiyyat fəaliyyəti həyata keçirir | Hüquqinfo.az
2 noy, 03:27
Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib | Hüquqinfo.az
1 noy, 23:13
Prezident İlham Əliyevin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb | Hüquqinfo.az
1 noy, 22:39
"Neftçi" Şamaxıda qələbə qazanaraq turnir cədvəlində liderliyə yüksəldi | Hüquqinfo.az
1 noy, 16:55
