Hüquqinfo.az
Hüquqinfo.az — hüquq və xəbər portalı
Siyasət

Zelenski Aİ Şurasının iclasında iştirak etmək üçün Brüsselə gəlib | Hüquqinfo.az

15 okt, 17:06
Xəbər şəkli

Hüquqinfo.az bildirir ki,

Hüquqinfo.az xəbər verir ki, ukrayna Prezidenti Volodimir Zelenskinin başçılıq etdiyi Ukrayna nümayəndə heyəti Avropa İttifaqı (Aİ) Şurasının iclasında iştirak etmək üçün Brüsselə (Belçika) gəlib.

O qeyd edib ki, NATO-nun Baş katibi, Fransa Prezidenti, həmçinin Polşa, Danimarka və Belçikanın Baş nazirləri ilə görüşlər planlaşdırılıb. Bundan başqa, o, Belçika Kralı Filipp tərəfindən də qəbul ediləcək.

V.Zelenski bildirib ki, oktyabrın 16-da onun Aİ Şurasının və Avropa Komissiyasının prezidentləri, eləcə də Macarıstan, Finlandiya və İsveçin Baş nazirləri ilə görüşləri planlaşdırılıb.

"Avropada hamımız bu müharibənin başa çatmasını istəyirik. Bunun üçün isə güc siqnalları – Rusiyaya daha çox real təzyiq və Ukraynaya daha çox müdafiə dəstəyi lazımdır. Həyatları qorumaq üçün indi birlikdə hərəkət etmək xüsusilə vacibdir", – o əlavə edib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.