Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Ərəbistan çağırış etdi, Tramp hücum əmri verdi, amma...--:--
News
Yenə Gəncə, yenə ən çox azarkeş--:--
News
"Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası i...--:--
News
Nazim Umbayev Bakıdakı dünya çempionatına təyinat alıb--:--
News
Deputat parlamentdə “ChatGPT” ilə yazışmadan danışdı--:--
News
Ərəbistan çağırış etdi, Tramp hücum əmri verdi, amma...--:--
News
Yenə Gəncə, yenə ən çox azarkeş--:--
News
"Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası i...--:--
News
Nazim Umbayev Bakıdakı dünya çempionatına təyinat alıb--:--
News
Deputat parlamentdə “ChatGPT” ilə yazışmadan danışdı--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyasının açılışı oldu

Bugün, 10:29
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən Azərbaycan Texniki Universitetində (AzTU) yaradılmış Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyasının açılışı olub.

“Hüquqinfo.az” xəbər verir ki, laboratoriya XRİTDX ilə AzTU arasında 2022-ci ildə imzalanmış Əməkdaşlıq haqqında Memorandum çərçivəsində qurulmuş, laboratoriyanın müasir xüsusi proqram təminatları və əlavə texnoloji avadanlıqlarla təchiz olunması istiqamətində müvafiq işlər isə Azərbaycan Prezidentinin 28 avqust 2023-cü il tarixli 4060 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nın Tədbirlər Planının icrasına uyğun İqtisadiyyat Nazirliyi ilə birgə həyata keçirilib.

Tədbirdə XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev, AzTU-nun rektoru Vilayət Vəliyev və digər qonaqlar iştirak ediblər.

Azərbaycanda ilk dəfə istifadəyə verilən bu laboratoriyada real kiberinsident ssenariləri üzrə praktiki çalışmaların aparılması, rəqəmsal sübutların araşdırılması, zərərli proqram təminatlarının davranışının öyrənilməsi, tərs mühəndislik (reverse engineering), kod və zərərverici analizi, habelə kiberhücumların texniki izlərinin araşdırılması üçün müvafiq imkanlar yaradılıb. Bununla yanaşı yeni istifadəyə verilmiş laboratoriya dövlət informasiya resurslarının və kritik informasiya infrastrukturlarının kibertəhlükələrdən qorunması, texniki ekspertiza imkanlarının gücləndirilməsi, müasir kibertəhlükələrin araşdırılması və bu sahədə yerli peşəkar potensialın inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Labaratoriyada yaradılan bu imkanlardan istifadə etməklə tələbələr, müəllim və tədqiqatçılar, o cümlədən dövlət qurumlarının mütəxəssisləri müvafiq sahədə XRİTDX tərəfindən keçiriləcək praktik təlimlərə qoşulmaqla yanaşı ölkəmizi hədəf alan xüsusi təyinatlı kiberhücumların və zərərli proqram təminatlarının xüsusiyyətlərini daha dərindən araşdıra, onların istifadə etdiyi hücum metodlarını və texnikalarını müəyyənləşdirə, əlaqəli təhdid aktorları və hücum kampaniyaları üzrə texniki atributsiya imkanlarını tədqiq edə biləcəklər.

Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin – Azərbaycan Dövlət CERT-nin (CERT.gov.az) zərərvericilərin analizi və tədqiqi istiqamətində fəaliyyətinin davamı olaraq formalaşdırılıb.

Laboratoriyanın fəaliyyət istiqamətlərindən biri də dövlət informasiya sistemlərində istifadə olunan son istifadəçi təhlükəsizliyi və antivirus mühafizə həllərinin kontrollu mühitdə texniki təhlili, sınaqdan keçirilməsi və dövlət qurumlarında istifadə üçün seçilməsidir. Bu fəaliyyət Azərbaycan Prezidentinin 16 yanvar 2025-ci il tarixli 287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın 5.4-cü bəndindən irəli gələn vəzifələrin texniki təminatına xidmət edir.

Eləcə də, tədbir çərçivəsində, ənənəvi olaraq, XRİTDX tərəfindən AzTu-da 2025-2026-cı tədris ilinin ikinci semestri üzrə bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə keçirilmiş növbəti müsabiqənin qalibləri mükafatlandırılmışdır.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Ərəbistan çağırış etdi, Tramp hücum əmri verdi, amma...

News thumbnail
siyaset

"Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi" müzakirə olunub

News thumbnail
siyaset

Deputat parlamentdə “ChatGPT” ilə yazışmadan danışdı

Populyar Xəbərlər

News thumbnail
Bugün
idman

Emrah Aykurt: "Əsas məqsəd milli komandalar üçün geniş oyunçu bazası formalaşdırmaqdır"

Bugün, 11:19
News thumbnail
Bugün
son xeberler

“X” platformasına məxfilik pozuntuları ilə bağlı Azərbaycan dilində də müraciət etmək mümkündür

Bugün, 11:18
News thumbnail
Bugün
dunya

Si Cinpin 23-25 sentyabrda ABŞ-yə səfər edəcək

Bugün, 11:18
News thumbnail
Bugün
siyaset

ASAN könüllüləri IDEA ilə birlikdə "Yaşıl dağ" aksiyasını təşkil ediblər

Bugün, 11:17

Həftənin Xəbərləri

News thumbnail
Bugün
iqtisadiyyat

AMB “Bank Respublika”-“AccessBank” sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb

Bugün, 11:16
News thumbnail
Bugün
siyaset

Anar Əliyev bu xanıma yüksək vəzifə verdi - Foto

Bugün, 11:15
News thumbnail
Bugün
dunya

Fərhad Məmmədov: Erməni kilsəsinin bəyanatları ölkədə revanşist qüvvələrin mövcudluğunu göstərir

Bugün, 11:12
News thumbnail
Bugün
iqtisadiyyat

Bakıda evdən 10 min manatlıq oğurluq olub

Bugün, 11:11
News thumbnail
Bugün
siyaset

“Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına çıxın!”

Bugün, 11:10
News thumbnail
Bugün
son xeberler

Bakıda restoranda meyit tapıldı

Bugün, 11:09
News thumbnail
siyaset

“Sənə hansısa Həsən, Hüseyn yox, deputat zəng edib”

News thumbnail
siyaset

ASAN könüllüləri IDEA ilə birlikdə "Yaşıl dağ" aksiyasını təşkil ediblər