
Hüquqinfo.az bildirir ki,
Bu gün lokal antiterror tədbirlərində şəhid olan Mikayılov Ülvi Bəhruz oğlunun anım günüdür.
Belə ki, M. Ülvi Azərbaycan Silahlı Qüvvələri tərəfindən 22 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı şəhid olub. Şəhidimiz 2004-cü il avqust ayının 20-də Bakı şəhəri Binəqədi rayonunda anadan olub. O, orta təhsilini Füzuli şəhəri 148 saylı tam orta məktəbində alıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərib, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirməsi ilə fərqlənib.
Ülvinin atası müsahibələrinin birində deyib ki, hələ azyaşlı olanda vətənpərvərliyi ilə seçilən oğlu həmişə başına beret qoyardı: “Ülvi uşaqlıqdan hərbiyə meyilli idi. Biz onunla hər görüşəndə hərbi xidmətindən fəxrlə danışırdıq. İdmanla məşğul olurdu, gələcək arzusu polis olmaq idi. 44 günlük Vətən müharibəsində qazanılan qələbə onu sonsuz sevindirmişdi. Deyirdi ki, qalib orduda xidmət etmək özü bir fəxrdir”.
Şəhidimizin vəsiyyət məktubu da Füzulidə dəfn edilmək imiş: “Biz Bakıda yaşasaq da, əslən Füzulidənik. Oğlum həmişə deyirdi ki, ən böyük arzum azad olunmuş torpaqda yaşamaqdır. Biz də onun vəsiyyətini yerinə yetirdik. Ülvini ata-baba torpağında dəfn etdik, ailəlikcə Füzuliyə köçdük. Bu gün biz orada yaşayırıq və övladımızın ruhunun şad olduğunu bilirik”.
Bir məqamı da qeyd edək ki, Ülvi Mikayılov avqustun 20-də doğulub, sentyabrın 20-də 20 yaşında vəfat edib.
Qeyd edək ki, şəhidimiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.






