
Hüquqinfo.az bildirir ki,
Pakistanda təhlükəsizlik qüvvələrinin Bəlucistan vilayətində keçirdiyi əməliyyatlar nəticəsində 11 terrorçu zərərsizləşdirilib.
Pakistanın Təhlükəsizlik məsələləri və tədqiqat üzrə Mərkəzi (CRSS) 2021-ci ildən bəri ölkədə terror hücumlarında artımın müşahidə olunduğunu bildirib.
Terrordən ən çox əziyyət çəkən vilayətlərin isə, Xeybər-Paxtunxva və Bəlucistan olduğu vurğulanıb.
Qeyd edək ki, dünən Xeybər-Paxtunxva vilayətində məscid yaxınlığında terror aktı törədilib.









