Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Yük avtomobilinin altında qalan sürücü xilas edildi--:--
News
Tramp İranın ABŞ-la razılaşma əldə etmək istədiyini düş...--:--
News
Çeferin İnfantinodan FIFA üzvlərinin hər birinə 10 mily...--:--
News
“Köhnə avtomobillə yorğan-döşək gətirmişdi”--:--
News
Rusiya 300 min nəfəri orduya səfərbər edir? - Kreml açı...--:--
News
Yük avtomobilinin altında qalan sürücü xilas edildi--:--
News
Tramp İranın ABŞ-la razılaşma əldə etmək istədiyini düş...--:--
News
Çeferin İnfantinodan FIFA üzvlərinin hər birinə 10 mily...--:--
News
“Köhnə avtomobillə yorğan-döşək gətirmişdi”--:--
News
Rusiya 300 min nəfəri orduya səfərbər edir? - Kreml açı...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

son xeberler

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Bugün, 20:46
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar.

"Son günlərdə Ermənistanda Azərbaycanın Qarabağ ərazisində olan Qafqaz Albaniyası abidələri, xüsusilə də Gəncəsər monastırı ətrafında süni şəkildə yaradılan məqsədyönlü hay-küy, tarixi elmi reallıqlarla heç bir əlaqəsi olmayan ucuz və mənasız sensasiya yaratmaq cəhdindən ibarətdir.

Əslində isə Gəncəsər monastır kompleksi və onun mühüm tərkib hissəsi olan Gəncəsər monastırı erməni tarixi ilə heç bir əlaqəsi olmayan, Qafqaz Albaniyasına məxsus tarixi abidədir. Bu abidənin Albaniyaya və onun yerli əhalisi olan albanlara məxsus olması təkzibedilməz tarixi-arxeoloji faktlar ilə çoxdan sübut olunur. Bunu təsdiq edən ən önəmli faktlardan biri Gəncəsər monastırının ermənilərə heç bir aidiyyəti olmayan Qafqaz Albaniyasının tarixi coğrafi ərazisində inşa edilməsidir. Həmin ərazi Qafqaz Albaniyası dövlətinin əsas vilayətlərindən biri olub, onun tərkibində tarixi inkişaf yolu keçmişdir. Ərəb Xilafəti süquta uğradıqdan sonra burada Alban çarlığının hakimiyyəti qismən bərpa olunmuşdur. XII-XIII əsrlərdə bu ərazidə Alban-Xaçın knyazlığı yüksəlmişdir. Bu knyazlığın hökmdarı Azərbaycanın görkəmli dövlət xadimlərindən olan Həsən Cəlal (1215-1261) olmuşdur. Həsən Cəlal və onun həyat yoldaşı əsli etibarilə məşhur Alban sülaləsi Mehranilər şəcərəsinə mənsubdur. Çar, yaxud mütləq hakim titulu daşıyan Həsən Cəlal dövrün mənbələrində "knyazlar knyazı", "Xaçın ölkəsinin knyazı", "Albaniyanın çarı" və s. bu kimi titullar ilə adlandırılırdı.

Həsən Cəlalın dövründə Azərbaycanın bu tarixi torpaqlarında iqtisadi, siyasi və mədəni tərəqqi baş vermiş, onun dövrü Alban renessansı kimi xarakterizə olunmuşdur. Gəncəsər monastırı da bu renessansın möhtəşəm nümunəsi kimi inşa edilmişdir.

Gəncəsər monastırında albanlara məxsus bərabərtərəfli xaç işarəsindən istifadə olunmuşdur. Bərabərtərəfli xaç işarəsi albanların möhürü funksiyasını yerinə yetirmişdir. Monastır regionun yerli inşaat materialları ilə tikilmişdir.

Bundan başqa, Qarabağ ərazisindəki əksər abidələrdəki və Gəncəsər monastırındakı epiqrafik yazılar albanlara məxsus olan mətnlərdən ibarətdir. Bu epiqrafik yazılar Gəncəsər monastırının daş kitabəsidir. 1919-cu ildə Petroqradda Gəncəsər monastırının epiqrafik mətnləri haqqında nəşr olunan və elə həmin dövrdə ermənilər tərəfindən məqsədyönlü şəkildə məhv edilən Gəncəsər yazılarına dair kitabda da bu abidələrin albanlara məxsus olduğu təsdiqini tapmışdır. Monastırın üzərindəki freskalar (divar rəsmləri) da bu abidənin alban irsinə aid olduğunu bir daha əyani şəkildə sübut edir.

Ermənilər hələ sovet hökuməti dövründə, sonra isə işğal prosesi zamanında Gəncəsər monastırının erməniləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirmişlər. Belə ki, monastırın alban epiqrafik abidələri məhv edilmiş, yaxud sökülərək Ermənistana aparılmış və təhrif edilmiş erməni mətnləri ilə əvəz edilmişdir. Eyni zamanda, Gəncəsər monastırı üzərində olan bərabərtərəfli alban xaçı fərqli formaya malik olan qriqorian xaç işarəsi şəklinə salınmışdır. Monastırın içərisindəki alban katolikoslarına məxsus məzarlara da müdaxilə edilmiş, qəbirlərin ilkin quruluşu dəyişdirilmişdir. Həmçinin, işğal dövründə ermənilər bərpa adı ilə Gəncəsər monastırında Ermənistandan gətirilmiş inşaat materiallarından istifadə etməklə abidənin orijinal görkəminə xələl gətirmişlər.

Qafqaz Albaniyası abidələri, o cümlədən Gəncəsər monastırı ilə bağlı elmi və tarixi reallıqlar bunlardan ibarət olduğu halda, Azərbaycanda fəaliyyət göstərən diplomatların işğaldan azad edilmiş ərazilərə səfəri zamanı ermənilər tərəfindən edilmiş təhriflərin müşahidə olunmasının Ermənistanda narazılıqlar yaratması əsl həqiqətin ört-basdır edilməsindən başqa bir şey deyildir.

Hesab edirik ki, Gəncəsər monastırı ətrafında Ermənistan tərəfindən qaldırılan qalmaqalın heç bir elmi-tarixi əsası yoxdur və hazırda Azərbaycan dövlətinin meydana qoyduğu sülh gündəliyinə zərbə vurmaq məqsədi daşıyır. Bu təxribat faktı Ermənistanda uzun illərdən bəri Azərbaycanın milli-mənəvi dəyərlərinə, mətbəx nümunələrinə sahib çıxmaq, abidələrimizi süni şəkildə özününküləşdirmək siyasətinin davamından ibarətdir. Bu onu göstərir ki, Ermənistanda uydurma Böyük Ermənistan xülyasından əl çəkməyən qüvvələr hazırda öz ölkələrində reallıqlara doğru atılmaqda olan addımları da pozmaq niyyətlərini həyata keçirirlər.

Azərbaycan alimləri Gəncəsər monastırı ətrafında Ermənistanda məqsədyönlü olaraq qızışdırılan kampaniyanı qətiyyətlə pisləyir və erməni tərəfini süni və yalan təbliğata deyil, elmi həqiqətlərə obyektiv yanaşmağa çağırır.

Teymur Kərimli, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik

Ərtegin Salamzadə, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

Kərim Şükürov, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor

İlham Məmmədzadə, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor

Fərhad Quliyev, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
son xeberler

Təmir işləri görərkən “ZİL”in altında qaldı

News thumbnail
son xeberler

Leyla Şıxlinskaya aylar sonra belə görüntüləndi

News thumbnail
son xeberler

Alim Qasımovdan Üzeyirə: Sənin kimi sənətçi... – Video

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Lukaşenkonun kanalı oğurlandı, erotik paylaşımlar etdilər

Bugün, 21:45
News thumbnail
Bugün
idman

“Qarabağ” “Şəfa”ya qalib gəldi

Bugün, 21:40
News thumbnail
Bugün
siyaset

Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum

Bugün, 21:39
News thumbnail
Bugün
idman

Premyer Liqa: "Qarabağ" "Şəfa"nı məğlub edib

Bugün, 21:35

Həftənin Xəbərləri

News thumbnail
Bugün
dunya

Tramp: İranla düzgün razılaşma olmayacaqsa, mən ona baxmayacağam

Bugün, 21:34
News thumbnail
Bugün
son xeberler

Təmir işləri görərkən “ZİL”in altında qaldı

Bugün, 21:30
News thumbnail
Bugün
cemiyyet

Sumqayıtda faciəvi hadisə: azyaşlını avtobus vurdu

Bugün, 21:29
News thumbnail
Bugün
iqtisadiyyat

Özbəkistanda ümumi dəyəri 7 milyard dollar olan 47 obyektin tikintisinə başlanılıb

Bugün, 21:23
News thumbnail
Bugün
cemiyyet

Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!

Bugün, 21:21
News thumbnail
Bugün
dunya

Rebeka Qrinspan BMT baş katibi postu uğrunda üçüncü qeyri-rəsmi səsvermədə liderlik edir

Bugün, 21:12
News thumbnail
son xeberler

100 il əvvələ qayıdırıq

News thumbnail
son xeberler

Tofiq Bəhramov stadionu təmir olunacaq