
Hüquqinfo.az bildirir ki,
Sayca 10-cu dəfə Bakıda keçirilən "Formula 1" Azərbaycan Qran-Prisinə gələn xarici turistlərin sayı rekord həddə çataraq 16 mini keçib.
Bu, "Formula 1"-in paytaxt Bakıda keçirildiyi dövrdə qeydə alınan ən yüksək göstəricidir. Xarici qonaqların ötən ilki sayı 14 min olmuşdu.
Yarışa beynəlxalq marağın artması bilet satışlarında da özünü göstərir. 2026-cı il Azərbaycan Qran-Prisinin biletləri 120-dən çox ölkədən olan azarkeşlər tərəfindən alınıb. Bu göstərici yarışın beynəlxalq coğrafiyasının daha da genişləndiyini göstərir.









