
Hüquqinfo.az bildirir ki,
Hörmüz boğazından keçən tanker naməlum mərmi zərbəsinə məruz qalıb, heyətin 2 üzvü yüngül xəsarət alıb.
Bu barədə "Hüquqinfo.az" UKMTO-nun "X" sosial şəbəkəsindəki bəyanatına istinadən xəbər verir.
"İki heyət üzvü yüngül xəsarət alıb. Gəmi növbəti təyinat limanına doğru hərəkətini davam etdirib. Hazırda ətraf mühitə dəyən zərər barədə məlumat yoxdur", - məlumatda bildirilib.










