Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Xamis Seyranov: "Dövlət etalonlarımız Beynəlxalq Büroda...--:--
News
Onlar üçün viza prosedurları sadələşdirilir - Sərəncam--:--
News
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festiv...--:--
News
AMADA UEFA Gənclər Liqasında mübarizə aparacaq "Qarabağ...--:--
News
"Şəki yaylası"ndakı faciə ilə bağlı şok fakt--:--
News
Xamis Seyranov: "Dövlət etalonlarımız Beynəlxalq Büroda...--:--
News
Onlar üçün viza prosedurları sadələşdirilir - Sərəncam--:--
News
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festiv...--:--
News
AMADA UEFA Gənclər Liqasında mübarizə aparacaq "Qarabağ...--:--
News
"Şəki yaylası"ndakı faciə ilə bağlı şok fakt--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

dunya

Xəzərin dayazlaşması balıqçılıq sektoruna ciddi zərər vurur

Bugün, 15:16
News thumbnail

Hüquqinfo.az bildirir ki,

İqlim dəyişikliyi qlobal təhlükəyə çevrilməkdədir. Bu fonda son illər Xəzər dənizinin səth temperaturu təxminən 1,5°C yüksələrək suyun buxarlanmasını əhəmiyyətli dərəcədə artırıb. Yeni tədqiqatlar dənizin geniş ərazilərinin quruma ehtimalına işarə edir. “Communications Earth & Environment” jurnalına görə, 22-ci əsrdə Xəzər dənizində suyun səviyyəsi indikindən 9–18 metr aşağı olacaq. Su dənizin hazırkı səth sahəsinin təxminən 34%-ni təşkil edən 371 000 kvadratkilometr ərazidən geri çəkiləcək.

Xəzərdə suyun səviyyəsinin azalması ötən əsrdən başlayıb. Araşdırmalara əsasən, XX əsrdə Xəzərdə iki dəyişiklik dövrü müşahidə olunub. Birinci dövr 1930-1977-ci illəri əhatə edir. Xəzərin səviyyəsi 3 metr enərək mənfi 29 metr (Baltik şaquli hündürlük sistemi üzrə) səviyyəsinə düşüb. İkinci dövr 1978-1995-ci illəri əhatə edir. Bu müddətdə suyun səviyyəsi 2,4 metr qalxaraq mənfi 26,6 metr səviyyəsinə çatıb. 1995-ci ildən etibarən yenidən enmə müşahidə olunub. Suyun səviyyəsi hazırda yenidən mənfi 29 metr səviyyəsinə yaxınlaşır. Ekoloqlar xəbərdarlıq edirlər ki, mövcud tendensiyalar davam edəcəyi təqdirdə, Xəzər dənizinin dayaz şimal hissəsi (Qazaxıstan sektoru) növbəti 25–30 il ərzində tamamilə quruyaraq Aralkum səhrasına bənzər duzlu səhraya çevrilə bilər.

Onu da qeyd edək ki, suyun səviyyəsinin azalması ciddi ekoloji problemlərə yol açır. Əvvəla, su səthinin sahəsinin azalması sahil zonalarında havanın rütubətini aşağı salır, yayda həddindən artıq qızmanı gücləndirir. Bu da sahil şəhərlərinin sakinlərinin tənəffüs və qan-damar sistemlərinə düşən yükü dolayısı yolla artırır. Digər tərəfdən havada tozun səviyyəsi artır. Xırda duz və mineral hissəciklər insanın tənəffüs yollarına daxil olaraq allergik, ağciyər və ürək-damar xəstəliklərinin artmasına səbəb olur.

Məsələn, quruma ilə üzləşən Aral dənizində hər il 75 milyon tondan çox toz və zəhərli duzlar havaya qalxır. Aral dənizinin dibindən qalxan toz buludlarının uzunluğu 400 km-ə, eni isə 40 km-ə qədər çatır. Aral dənizinin dibindən qalxan duzlar Himalay dağlarının zirvələrində, Atlantik və Sakit okeanlarda, hətta Antarktidadakı pinqvinlərin qanında belə aşkar edilib. Beləliklə, dənizin qurumasının nəticələri Mərkəzi Asiya hüdudlarından kənara çıxıb. Regional və qlobal iqlim dəyişikliklərinə təkan verərək, daha ekstremal hava şəraitinin yaranmasına və zəhərli toz fırtınalarının qitələr boyunca yayılmasına səbəb olub. Bu proses havanı çirkləndirməklə yanaşı, hətta Avropa və Asiyaya qədər uzanan ərazilərdə havanın keyfiyyətinə, kənd təsərrüfatı məhsuldarlığına mənfi təsir göstərir. Ekspertlərin fikrincə, Xəzərin dayazlaşması təkcə sahil dövlətlərinə - Qazaxıstan, Azərbaycan, Rusiya, Türkmənistan və İrana deyil, bütövlükdə Mərkəzi Asiya və Qafqaz regionuna, hətta Qara dəniz hövzəsinə də təsir göstərə bilər.

Xəzərlə bağlı məsələlər təkcə ətraf mühit problemləri ilə məhdudlaşmır. Proses sahilboyu icmaların, şəhərlərin və infrastrukturun, nəqliyyatın, liman əməliyyatlarının və daha geniş mənada sahil zonalarındakı iqtisadi fəaliyyətə təsir göstərir.

Dərinliyin dəyişməsi və yeni quru sahələrinin meydana çıxması səbəbindən bir çox su canlısı növlərinin yaşayış məskənləri tədricən cənuba doğru yerini dəyişib. Dənizin səviyyəsinin enməsi, eləcə də suyun temperaturunun yüksəlməsi fonunda keyfiyyətin pisləşməsi canlı orqanizmlərin sıx cəmləşdiyi Xəzərin Rusiya və Qazaxıstanla həmsərhəd şimal hissəsinə ciddi təsir göstərir. Xüsusilə, balıqlar üçün qida bazasının formalaşdığı dayaz sulu ərazilər kiçilir. Son illər Xəzərdə balıq ovunun kəskin şəkildə azalması da bundan qaynaqlanır. Müqayisə üçün qeyd edək ki, 1960-cı və 1980-ci illərdə Aral dənizinin dayazlaşması nəticəsində Aral bığlısı, uzunburun nərə, çapaq, sudak və adi sazan kimi kommersiya əhəmiyyətli balıq növlərinin məhvinə və ya yoxa çıxmasına gətirib çıxardı. Bir zamanlar çiçəklənən balıqçılıq kəndləri işçilərin daha yaxşı həyat axtarışı ilə ərazini tərk etməsi səbəbindən boşalıb. Yerli iqtisadiyyat tənəzzül dövrünü yaşayır. BMT-nin məlumatlarına görə, bu regionda 3,5 milyon insan sağlamlıq, iş və yaşayış şəraitinin əhəmiyyətli dərəcədə pisləşməsi ilə üzləşib.

Onu da qeyd edək ki, analojı problemlə üzləşən Xəzər dənizində 141-dən çox balıq növü var. Bunlara nərəkimi balıqlardan olan 5 metrlik nəhəng bölgədən tutmuş 45 millimetr uzunluğu olan hirkanobus xul balığı da daxildir. Balıq növlərinin miqdarına görə karpkimilər üstünlük təşkil edir – 42 növ; xulkimilər – 31, siyənəkkimilər – 17, qızılbalıqkimilər – 2, nərəkimilər – 5 növdən ibarətdir.

Təqribən 40 balıq növü və yarımnövü ov əhəmiyyətlidir. Bundan əlavə Xəzər dənizi bir sıra nəsli kəsilməkdə olan növlərə, o cümlədən dünyada qalan nərə balığı populyasiyasının 90 faizinə ev sahibliyi edir. Xəzər dənizinin səviyyəsi aşağı düşdükcə, dənizdə yaşayan balıq növlərinin sayında azalmalar baş verir. Konkret olaraq, Volqadan daxil olan şirin su axınının azalması və dəniz səviyyəsinin düşməsi çay balıqlarının, kilkə, siyənəy kimi dəniz növlərinin çoxalmasına mənfi təsir göstərir.

Azərbaycanda yerli balıqçılar 2025-ci il üçün ayrılan 27,8 min tonluq rəsmi kvotanın yarısından az hissəsindən — cəmi təxminən 12,9 min tondan — istifadə ediblər. Belə ki, dəniz səviyyəsinin enməsi səbəbindən balıqlar artıq çay deltalarına daxil olmaqda çətinlik çəkirlər. Halbuki kürü tökmək üçün axının əksinə yuxarıya doğru üzməlidirlər.

2025-ci ildə Xəzər dənizi və daxili su hövzələrindəki balıq ehtiyatlarının elmi qiymətləndirilməsi aparılıb. Məlum olub ki, Kür çayının axınının azalması balıqların miqrasiyasına və təbii kürütökmə prosesinə mənfi təsir göstərir. Hətta son 5–10 il ərzində balıq ehtiyatları bir neçə dəfə azalıb. Balıq çatışmazlığı artıq bazara təsir göstərir. Yerlı məhsul azalır, idxal və süni şəraitdə yetişdirilən balıqlar artır.

Azərbaycana bu ilin yanvar-iyul aylarında 34,3 milyon dollar dəyərində obalıqlar və xərçəngkimilər, molyusklar və digər su onurğasızları idxal edilib. Bu göstərici illik müqayisədə 49,9% çoxdur. Əsas idxal bazarları Rusiya, İran, Türkiyə, Norveç olub.

2000-ci ldə kvota üzrə ovlanan balığın həcmi 18 812 ton təşkil edirdisə, 2024-cü ildə bu rəqəm 7946 ton olub.

Axar.az xəbər verir ki, Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Zaur Salmanlı Teleqraf-a açıqlamasında Azərbaycanda sahildə balıq vətəgələri, sahil ovu vətəgələrinin çox az olduğunu bildirib. Bu vətəgələr cənub bölgəsində yerləşir:

“Hər bir halda dənizin dayazlaşması istər sahil ovu ilə, istər dərində ovla məşğul olan balıq ovlama vətəgələri üçün bu ciddi bir problem törədir. Söhbət üzmə vasitələrilə sahilə yanaşmada, sahildə formalaşmış yem bazasına balıqların gəlməsindən gedir. Ümumilikdə Xəzərin Azərbaycan sektorunda balıq ovu o qədər aşağı səviyyədədir ki, su səthinin geri çəkilməsi bazara əhəmiyyətli təsir göstərmir”.

Zaur Salmanlının sözlərinə görə, Xəzərdə suyun səviyyəsinin düşməsi keçici və yarımkeçici balıqların təbii populyasiyasının ciddi azalması ilə nəticələnəcək:

“Azalmış populyasiyalar isə zamanla növlərin, ümumiyyətlə itməsi ilə də nəticələnə bilər. Çünki Xəzər dənizi geriyə çəkildikcə əsas kürü tökmə çayı olan Kür çayının mənsəbində də dayazlaşma baş verir. Törədicilər kürü tökmək üçün kürüləmə yerlərinə çata bilmir. Bir neçə ildən sonra biz təbii ehtiyatların, balıq ehtiyatlarının ciddi şəkildə azalması və bəzi növlərin ümumiyyətlə itməsi ilə qarşılaşa bilərik”.

Xəzər dənizinin beş dövlətin ümumi hövzəsi olduğunu xatırladan Zaur Salmanlı vurğuladı ki, balıqçılıqla bağlı vəziyyət digər sahil dövlətlərində də eyni səviyyədə ağırdır:

“Daha kritik vəziyyət Şimali Xəzərdədir. Niyə? Şimali Xəzər daha dayazdır. Xəzər dənizi geri çəkildikdə uzaq məsafə nöqteyi-nəzərdən mövcud sahildən ciddi şəkildə uzaqlaşır. Bu da bir çox problemlər yaradır ki, bunun içərisində həmçinin balıqçılıqla bağlı olan problemlər var”.

Qeyd edək ki, Qazaxıstan son 20 ildə balıqçılıq fəaliyyətinin coğrafiyası tamamilə dəyişib. Atırau vilayətində balıq ovunun həcmi 13,65 min tondan (2006-cı ildə) 9,48 min tona enib. Mangistau vilayəti dərin sularda dəniz balıqçılığı hesabına bu azalmanı qismən kompensasiya etsə də ümumi tendensiya dəyişməyib. Rusiyaya gəlincə, alimlər qidalanma rejimindəki davamlı dəyişikliklər və şəraitin pisləşməsi səbəbindən Xəzərdə məcburi adaptiv mutasiyalar müşahidə edirlər.

Hazırda ölkədə 3 balıqartırma müəssisəsi fəaliyyət göstərir. 2020-ci ildə belə müəssisələrin sayı 7 olub. Balıqartırma müəssisələrinin sayının azalmasına baxmayaraq, 2020-cü ildə bu istiqamətdə 753 min manat, 2024-cü ildə 1 milyon 102 min manat xərc çəkilib.

Xəzərin indiki vəziyyətində süni balıq yetişdirilməsi – akvakulturanın yaradılması gündəmdə olan məsələlərdəndir. XX əsrin sonlarına qədər Azərbaycanda akvakulturaların yaradılması geniş yayılmamış olsa da, getdikcə daha böyük əhəmiyyət kəsb edir. 2024-cü ildə süni balıq artırma məqsədlərinə 917 min manat xərclənib. 2020-ci ildə bu rəqəm 753 min manat təşkil edib.

Ekspertlər bildirir ki, balıqçılıq təsərrüfatlarının yaradılması kürü tökmə yerlərinin təşkilini və mühafizəsini, nərə balığı körpələrinin yetişdirilməsini və onların Xəzər dənizinə buraxılmasını təmin edir.

Xəzər dənizində biomüxtəlifliyin və biokütlənin azalması daha sərt nəzarət tədbirlərinin tətbiqini və bioloji resursların tənzimlənməsi üçün yeni mexanizmlərin tətbiq edilməsini zəruri edir. Azərbaycan Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu Xəzərin səviyyəsinin enməsinə səbəb olan əsas amilləri müəyyən etmək məqsədilə mütəmadi elmi tədqiqatlar və monitorinqlər aparır.

Digər tərəfdən, Azərbaycanda Xəzər dənizinin bioloji ehtiyatlarının qorunub saxlanılması üçün "Balıqçılıq haqqında" Qanun (və ona mütəmadi olaraq edilən dəyişikliklər) qəbul edilib. Eləcə də dövlət müdaxiləsini tələb edən xüsusi vəziyyətlərlə bağlı müvəqqəti tədbirlər görülür. Belə tədbirlərdən biri dövlət tərəfindən balıq ovuna moratorium tətbiq edilməsidir. Balıq ovu ilə bağlı qadağa 1 may tarixində qüvvəyə minir və sentyabrın 1-nə qədər davam edir. Bu tədbir kürü tökmə mövsümü ilə əlaqədar olaraq bütün respublika ərazisində tətbiq olunur.

Həmnçinin Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) ilə əməkdaşlıq çərçivəsində layihə reallaşdırır. Hansıki bu layihə Bakı, Neftçala və Astarada iqlim dəyişikliyinə uyğunlaşma üzrə konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutur. Xüsusilə, plan daşqınların təsirini azaltmaq və quraqlıq dövrlərində sudan təkrar istifadəyə imkan yaratmaq məqsədilə təbiətə əsaslanan həllərin tətbiqini nəzərdə tutur.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
dunya

1 milyardlıq mirasını xanımına vəsiyyət edib

News thumbnail
dunya

Berlinin yeni meri türk olsa… – Rusiyadan baxış

News thumbnail
dunya

BMT Xəzər dənizi ilə bağlı layihə həyata keçirəcək

Populyar Xəbərlər

News thumbnail
Bugün
iqtisadiyyat

Tramp: Rusiya Ukrayna ilə müharibə səbəbindən neft emalı sənayesi üzərində nəzarəti itirib

Bugün, 16:16
News thumbnail
Bugün
siyaset

Emi Karlon BakuID İnnovasiya Konfransını ziyarət edib

Bugün, 16:15
News thumbnail
Bugün
cemiyyet

AZAL-ın genişlənən Mərkəzi Asiya şəbəkəsi

Bugün, 16:10
News thumbnail
Bugün
cemiyyet

Ceyhun Hacıbəyli küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bugün, 16:09

Həftənin Xəbərləri

News thumbnail
Bugün
iqtisadiyyat

AZAL 8 ayda Mərkəzi Asiya ölkələrinə 400 000-ə yaxın sərnişin daşıyıb

Bugün, 16:08
News thumbnail
Bugün
idman

Ruy Jorje: "Dünya çempionatında yaxşı oynasaq, azərbaycanlılar bizimlə qürur duyacaqlar" - MÜSAHİBƏ

Bugün, 16:08
News thumbnail
Bugün
iqtisadiyyat

Bu qoçun qiyməti 1 milyon dollardır

Bugün, 16:05
News thumbnail
Bugün
cemiyyet

Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH

Bugün, 16:01
News thumbnail
Bugün
cemiyyet

"Haas"ın rəhbəri Ayao Komatsu: "Azərbaycan Qran-prisinin özünəməxsus tarixi və atmosferi var"

Bugün, 16:00
News thumbnail
Bugün
cemiyyet

3 gün əvvəl döyülən yeniyetmə xəstəxanada öldü

Bugün, 15:58
News thumbnail
dunya

Kreml ABŞ-ın yeni sanksiyalarına münasibət bildirib

News thumbnail
dunya

Azərbaycandan keçməklə İrandan Rusiyaya aparılan yükdə 80 kq-a yaxın marixuana aşkarlanıb