
Hüquqinfo.az bildirir ki,
Miqrantlar Berlində hakimiyyəti ələ keçirir. Berlinin yeni meri türkiyəli Elif Əralp ola bilər. O, Berlində seçkidə qalib gələn Sol Partiyasına rəhbərlik edir.
“Sol Partiyası keçmiş ADR-in hakim Almaniya Sosialist Vahid Partiyasının varisidir. Lakin hazırda partiya faktiki olaraq miqrantların siyasi dayağına çevrilib. Multikultural Berlində miqrantların sayının çox olması və cəmiyyətə inteqrasiyası Sol Partiyasının 25% səslə ən çox səs toplayan siyasi qüvvə olmasına səbəb olub. Əgər o, çoxluq formalaşdıra bilsə (görünür, bunun üçün 12% səs toplayan Almaniyanın Sosial Demokrat Partiyası və 15%-lə “Yaşıllar”la koalisiya qurmalı olacaq), türkiyəli siyasətçinin Berlinin ilk miqrant meri olmaq şansı yaranacaq. Videoda isə Sol Partiyasının Berlindəki qələbəni Yaxın Şərq xalqlarının ənənəvi “Halay” rəqsi ilə qeyd etdiyi görünür. Berlinin meri miqrant olarsa, bu, Almaniyanın digər bölgələrində Almaniya üçün Alternativ Partiyasının populyarlığının daha da yüksəlməsinə səbəb ola bilər”, - o bildirib.








