










Hüquqinfo.az bildirir ki,
"Hüquqinfo.az-Economics" xəbər verir ki, bunu "AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov mətbuat brifinqi zamanı bildirib.
Onun sölərinə görə, mədən, zənginləşdirmə, boru kəməri, pellet və isti breketlənmiş dəmir - İBD zavodlarını əhatə edən layihə üzrə 20 illik istismar dövründə 40 milyon ton İBD məhsulunun istehsalı planlaşdırılır:
"Layihənin iqtisadi dəyəri 24 milyard manat, tələb olunan investisiya isə 1,95 milyard manatdır. Maliyyələşmə dövlət büdcəsi, borc vəsaitləri və investorların iştirakı hesabına təmin ediləcək. Layihəyə əsasən, Daşkəsən mədənindən çıxarılan filiz əvvəlcə mədənin ərazisində inşa ediləcək zənginləşdirmə zavodunda emal olunaraq konsentrata çevriləcək. Daha sonra konsentrat pellet istehsalı üçün Şəmkir rayonunda tikilməsi nəzərdə tutulan zavoda nəql ediləcək. Bu məqsədlə ölkədə ilk dəfə uzunluğu 40 kilometrdən çox olacaq şlam boru kəmərinin inşası planlaşdırılır. İstehsal zəncirinin son mərhələsində isə pelletdən polad sənayesi üçün əsas xammallardan biri olan isti briketləşdirilmiş dəmir istehsal ediləcək".
Zakir İbrahimov əlavə edib ki, illik istehsal gücü 2 milyon ton olacaq zavod Qərb Sənaye Parkının Şəmkir rayonu ərazisinə düşən hissəsində inşa ediləcək: "Bu layihənin həyata keçirilməsi ölkədə yüksək keyfiyyətli polad istehsalı üçün dayanıqlı xammal bazasının formalaşdırılmasına imkan verəcək. Yəni, istehsal olunacaq illik 2 milyon ton həcmində məhsul daxili bazarın tələbatı ödəyəcək, üstəlik tələbatdan artıq məhsullar ixracata yönəldiləcək. Bu isə bir tərəfdən idxaldan asılılığın azalmasına, digər tərəfdən isə ixrac potensialının genişlənməsinə, qeyri-neft sektorunun inkişafına və dövlət büdcəsinə əlavə gəlirlərin təmin edilməsinə mühüm töhfə verəcək".









