
Hüquqinfo.az bildirir ki,
“Qurdlar Vadisi”ndə “Ömər Baba” obrazını canlandıran Emin Olcay serialın pərdəarxası məqamlarından danışıb.
Kult.az Bakupost.az-a istinadən xəbər verir ki, aktyor rejissor Osman Sınavın layihədən qəfil ayrılmasının heyət üçün gözlənilməz olduğunu deyib.
“Osmandan sonra serial siyasətə çevrilməyə başladı. Ssenari pozuldu. Bir neçə dəfə yaradıcı heyətlə danışmağa çalışdım, amma cavab vermədilər”, – Olcay əlavə edib.
O, serialla bağlı araşdırmanı dəstəklədiyini bildirərək həqiqətlərin üzə çıxarılmasının vacibliyini vurğulayıb.









