





Hüquqinfo.az bildirir ki,
Xarici brokerlərin Azərbaycanda filial və ya nümayəndəlik yaratmadan Bakı Fond Birjasına (BFB) birbaşa qoşularaq ticarət aparmasına imkan verilməsi nəzərdə tutulur.
“Hüquqinfo.az-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində panel müzakirəsində Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov bildirib.
Onun spzlərinə görə, Azərbaycan Mərkəzi Bankı qiymətli kağızlar bazarı ilə bağlı yeni qanunvericilik üzərində işləyir. Yeni çərçivənin investisiya məhsullarının çeşidinin genişləndirilməsi, müxtəlif səhm sinifləri, törəmə maliyyə alətləri və onların ticarət qaydaları kimi məsələləri əhatə etməsi gözlənilir.
Ruslan Xəlilovun sözlərinə görə, nəzərdə tutulan mühüm yeniliklərdən biri xarici brokerlər üçün Bakı Fond Birjasına məsafədən üzvlük imkanının yaradılmasıdır. Bu halda beynəlxalq brokerlər Azərbaycanda filial və ya nümayəndəlik açmadan texnoloji və depozitar bağlantı vasitəsilə birbaşa birjanın ticarət platformasına qoşula biləcəklər.
O həmçinin bildirib ki, Bakı Fond Birjası Mərkəzi Asiya ölkələri ilə transsərhəd əməkdaşlığın genişləndirilməsi, bazar məlumatlarının paylaşılması və ümumi məlumat bazasının yaradılması istiqamətində işləyir.










