Hüquqinfo.az bildirir ki,
“Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırılmasının 2027-ci ilin mayında başa çatdırılması gözlənilir.
Hüquqinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində keçirilən “Regional enerji əlaqələri və yaşıl keçid: çətinliklər və imkanlar” adlı sessiyada çıxışı zamanı deyib.
Nazir bildirib ki, “Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi” üzrə işlər sürətlə davam edir.
Pərviz Şahbazov qeyd edib ki, layihənin həyata keçirilməsi Mərkəzi Asiyanın “yaşıl enerji” potensialının Azərbaycan üzərindən regional və Avropa bazarlarına çıxarılması üçün imkanlar yaradacaq.










