Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
ITFC: Qida və enerji təhlükəsizliyi fəaliyyətimizin 2 ə...--:--
News
FSI rəhbəri: İtaliya texnologiya şirkətlərinin Azərbayc...--:--
News
Tariq Ahmad: "Azərbaycanın qonşuları ilə əlaqələri regi...--:--
News
Anar Bayramov Xocavənddə vətəndaşları qəbul edib--:--
News
Fərid Əhmədov Xankəndidə vətəndaşları qəbul edib--:--
News
ITFC: Qida və enerji təhlükəsizliyi fəaliyyətimizin 2 ə...--:--
News
FSI rəhbəri: İtaliya texnologiya şirkətlərinin Azərbayc...--:--
News
Tariq Ahmad: "Azərbaycanın qonşuları ilə əlaqələri regi...--:--
News
Anar Bayramov Xocavənddə vətəndaşları qəbul edib--:--
News
Fərid Əhmədov Xankəndidə vətəndaşları qəbul edib--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Beynəlxalq İnvestisiya Forumunda Azərbaycanın regional dəyər zəncirlərinə inteqrasiyasındakı rolu müzakirə olunub

Bugün, 16:29
News thumbnail

Hüquqinfo.az bildirir ki,

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində sənaye platformaları və azad iqtisadi zonaların investisiyaların cəlb edilməsi, istehsalın və ixracın genişləndirilməsi, eləcə də Azərbaycanın regional dəyər zəncirlərinə inteqrasiyasındakı rolu müzakirə olunub.

Hüquqinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çıxış edərək Azərbaycanın əlverişli coğrafi mövqeyi, formalaşdırılan sənaye ekosistemi və inkişaf edən nəqliyyat-logistika infrastrukturunun ölkənin regional istehsal və ixrac mərkəzi kimi mövqeyinin gücləndirilməsinə şərait yaratdığını vurğulayıb. Ölkəmizdə mövcud olan sənaye zonalarının investisiyaların cəlb edilməsi və iqtisadiyyatın şaxələndirilməsi üçün yaratdığı imkanlar, sənaye zonalarında tətbiq olunan təşviq mexanizmləri barədə məlumat verilib. Azərbaycanın beynəlxalq və regional nəqliyyat dəhlizləri üzərində yerləşməsinin, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər logistika infrastrukturu ilə əlaqələndirilmiş sənaye imkanlarının istehsalçıların regional təchizat zəncirlərinə inteqrasiyasına və xarici bazarlara çıxışına yaratdığı üstünlüklər diqqətə çatdırılıb. İxracın təşviqi və logistika xərclərinin dəstəklənməsi istiqamətində tətbiq olunan yeni mexanizmlərin yerli məhsulların xarici bazarlara çıxış imkanlarını daha da genişləndirəcəyi diqqətə çatdırılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov rəqabət mühitinin iqtisadi inkişaf və investisiya fəallığının əsas şərtlərindən biri olduğunu qeyd edib. Bərabər rəqabət imkanlarının təmin edilməsi, istehlak bazarlarında şəffaflığın artırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Müzakirələrdə Ələt Azad İqtisadi Zonası İdarə Heyətinin sədri Valeh Ələsgərov, “Koç Holding”ə daxil olan Dayanıqlı İstehlak Malları Qrupunun prezidenti Polat Şen, Danimarkanın “Carlsberg” şirkətinin korporativ məsələlər üzrə vitse-prezidenti Kristian Vulf Sönderqard, İtaliyanın DBA Group şirkətinin satış və biznesin inkişafı üzrə vitse-prezidenti Marko Politi, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycan üzrə rəhbəri Natali Muravidze, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko iştirak ediblər. Panel sessiyada Azad İqtisadi Zonasında tətbiq olunan xüsusi hüquqi və tənzimləyici çərçivə, investorlar üçün təqdim olunan güzəştlər və ixracyönümlü istehsal imkanları barədə məlumat verilib. Azad iqtisadi zonanın strateji coğrafi mövqeyi və hazır infrastruktur imkanlarının yüksək əlavə dəyər yaradan, innovativ və ixracyönümlü layihələrin cəlbi üçün yaratdığı üstünlüklər qeyd edilib.

Panel iştirakçıları beynəlxalq şirkətlərin Azərbaycanda fəaliyyət və əməkdaşlıq imkanları, özəl sektorun inkişafında institusional və maliyyə dəstəyinin rolu, eləcə də dayanıqlı iqtisadi artım və regional əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Tariq Ahmad: "Azərbaycanın qonşuları ilə əlaqələri regionda diplomatiya üçün imkan yaradır"

News thumbnail
siyaset

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

News thumbnail
siyaset

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Zakir Həsənov təlimdə məşqlərin gedişatını izlədi - Video

Bugün, 17:23
News thumbnail
Bugün
iqtisadiyyat

"Green Corridor Alliance": Azərbaycan regionda etibarlı enerji dayağıdır

Bugün, 17:21
News thumbnail
Bugün
son xeberler

Formula 1 üzrə Azərbaycan Qran-prisində sıralama turuna yekun vurulub

Bugün, 17:20
News thumbnail
Bugün
siyaset

Qusarda özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara baxış olub

Bugün, 17:17

Həftənin Xəbərləri

News thumbnail
Bugün
iqtisadiyyat

Çinli ekspert: "Biz ən son texnologiyalarımızın bir hissəsini bölüşməliyik"

Bugün, 17:17
News thumbnail
Bugün
dunya

İsrail Qəzzada tuneli məhv etdi

Bugün, 17:17
News thumbnail
Bugün
iqtisadiyyat

Rəşad Abdullayev: "Litva ilə oyunda qələbə qazanmaq şansımız var"

Bugün, 17:15
News thumbnail
Bugün
dunya

Azərbaycandan Afrikaya çarter reyslərinin təşkili nəzərdə tutulur

Bugün, 17:14
News thumbnail
Bugün
siyaset

XRG Azərbaycan və Mərkəzi Asiya ölkələrində mövqelərini möhkəmləndirməyi hədəfləyir

Bugün, 17:11
News thumbnail
Bugün
siyaset

FHN-də Anım Günü ilə bağlı silsilə tədbirlər

Bugün, 17:10
News thumbnail
siyaset

Anar Əliyev Qusarda vətəndaşları qəbul etdi

News thumbnail
siyaset

Zakir Həsənov təlimdə məşqlərin gedişatını izlədi - Video