
Hüquqinfo.az bildirir ki,
TƏBİB-in İcraçı direktoru Anar Bayramov Xocavənd Rayon Mərkəzi Xəstəxanasında Xocavənd, Ağdam və Füzuli rayon sakinlərini qəbul edib.
Bildirilib ki, vətəndaşların müayinə-müalicə, əmək münasibətləri, əlillik məsələləri və s. ilə bağlı müraciətləri dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması üçün müvafiq göstərişlər verilib.










