
Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az-nın yerli bürosunun məlumatına görə, hadisə Soyuqbulaq-Köçvəlili yolunda qeydə alınıb. "Ford Tranzit" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb, daha sonra yolun kənarına aşıb. Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.








