
Hüquqinfo.az bildirir ki,
Azərbaycanda qara metallurgiya sahəsində əlavə stimullaşdırıcı tədbirlərin və güzəştlərin, o cümlədən dəmir yolu yükdaşıma tarifləri üzrə güzəştlərin tətbiqinə dair təkliflər hazırlanacaq.
"Hüquqinfo.az" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Sənədə əsasən, qara metallurgiya sahəsində mövcud bazar şəraitinin, istehsal və logistika xərclərinin qiymətləndirilməsi, tətbiq oluna biləcək stimullaşdırıcı tədbirlərin və güzəştlərin müəyyən ediləcək.
Müəyyən edilmiş stimullaşdırıcı tədbirlərin və güzəştlərin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi, iqtisadi cəhətdən məqsədə uyğun dəstək alətlərinin və rəqabətli dəmir yolu yükdaşıma tarifi mexanizmi formalaşdırılacaq.
İqtisadi cəhətdən məqsədəuyğun stimullaşdırıcı tədbirlərin və güzəştlərin tətbiqinə başlanılması, habelə qara metallurgiya məhsullarının daşınması üzrə rəqabətli dəmir yolu yükdaşıma tarifi mexanizmi tətbiq ediləcək.






