










Hüquqinfo.az bildirir ki,
Bakı-Ələt-Astara magistral yolunun 103-cü kilometrliyində açıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Ələt-Astara magistral yolunun 103-cü kilometrliyində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən Hüquqinfo.az-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Havanın küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də, hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Hüquqinfo.az-nın cənub bürosunun verdiyi xəbərə görə, yanğın Ələt-Astara yolunun ətrafında qeydə alınıb.










