
Hüquqinfo.az bildirir ki,
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə U-21 yığmasından futbolçular cəlb olunacaq.
Mütəxəssis yeni oyunçular üçün U-21 kollektivinin baş məşqçisi Rəşad Eyubovla müzakirə apardıqlarını söyləyib:
"Yaxın tarixdə U-21 yığmasının oyunları olacaq. Baş məşqçi Rəşad Eyubovla danışmışıq. Həmin oyunlardan sonra U-21 yığmasından gələcək oyunçular var. Bundan başqa, biz daha əvvəlki tarixlərdən toplanışa başladığımız üçün bəzi klublar öz futbolçularını buraxmadılar. Məsələn, ilk toplanışda Əli Bəşirovu hazırlığa cəlb etmək istəyirdik, lakin alınmadı. Həm də zədəsi var idi. İlk toplanışda Premyer Liqada çıxış edən futbolçuları çağırmamışdım. Lakin toplanışın növbəti mərhələsində onlara da dəvət göndərəcəyik. Mən onları lap əvvəldən hazırlıq prosesinə cəlb edib, klublarında heyətə düşmək şanslarını itirmələrini istəməmişəm".










