
Hüquqinfo.az bildirir ki,
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Nyu-Yorka səfəri çərçivəsində ölkə və region üçün vacib məsələlərin yüksək səviyyədə müzakirəsi nəzərdə tutulub.
"Hüquqinfo.az"un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Maka Boçorişvili jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, baş nazir BMT Baş Assambleyası çərçivəsində həmkarları ilə bir sıra ikitərəfli görüşlər keçirəcək.
"Gürcüstan və region üçün vacib məsələləri ən yüksək səviyyədə müzakirə etmək imkanımız olacaq", – M. Boçorişvili bildirib.
Nazir əlavə edib ki, İ. Kobaxidzenin bu gün Avropa İttifaqının (Aİ) təşkil etdiyi və çoxtərəfliliyə həsr olunmuş tədbirdə iştirakı da planlaşdırılır.










