
Hüquqinfo.az bildirir ki,
İran aviaşirkətləri sentyabrın 23-dən etibarən uçuşlar həyata keçirə bilməyəcəklər.
“Hüquqinfo.az” xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent CNBC-yə müsahibəsində məlumat verib.
“Bütün İran aviaşirkətləri sentyabrın 23-də dünya miqyasında fəaliyyətlərini dayandıracaqlar. Bilirsinizmi, bunu necə edəcəyik? Onlar eniş etdikləri təqdirdə, onlara yanacaq və ya eniş xidmətləri təmin edilməyəcək, həmçinin bilet satışına icazə verilməyəcək. Əks təqdirdə, dollar sistemindən təcrid olunacaqsınız”, - deyə nazir bildirib. Bessent əlavə edib ki, ABŞ İran aviaşirkətləri ilə kimlərin əməkdaşlıq etdiyindən xəbərdardır.









