
Hüquqinfo.az bildirir ki,
“Trendyol” üzərindən edilən sifarişlərin Azərbaycana çatdırılmasında gecikmələr yaranıb.
“Hüquqinfo.az” xəbər verir ki, son günlər sosial şəbəkə istifadəçiləri sifarişlərin əvvəlki dövrlərlə müqayisədə daha gec çatdırılmasından şikayətlənir.
İstifadəçilərin bildirdiyinə görə, əvvəllər sifarişlər təxminən 7-10 gün ərzində Azərbaycana çatdırılırdısa, hazırda bu müddət 15 günə, bəzi hallarda isə bir aya qədər uzanır.
Yayılan iddialarda gecikmənin məhsulların əvvəlki kimi hava yolu ilə deyil, quru yolla daşınması ilə əlaqəli olduğu bildirilir.
Belə ki, daşınma üsulunun dəyişməsinin, eləcə də sərhəd-keçid məntəqələrində sıxlıqların yaranmasının logistika zəncirində fasilələrə səbəb olduğu bildirilir.
Məlumat hələlik rəsmi şəkildə təsdiqlənməsə də, şirkət tərəfindən açıqlama veriləcəyi gözlənilir.









