
Hüquqinfo.az bildirir ki,
Polşanın Yarosłav şəhərində Benediktin rahibələrinin monastırında bıçaqlı hücum nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
Bu barədə məlumat yayan “RMF24” xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.
Məlumata görə xəsarət alanların 4-ü kişi, biri qadındır. Onlardan 3-nün keşiş olduğu bildirilir.
Bütün yaralılar xəstəxanaya yerləşdirilib. Keşişlərdən biri tibb müəssisəsində ölüb, digər ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Polis hücum edən şəxsi saxlayıb. Onun 31 yaşlı Ukrayna vətəndaşı olduğu və üzərində bıçaq aşkarlandığı bildirilib.









