
Hüquqinfo.az bildirir ki,
Rumıniyanın cənubundakı Slatina şəhərinin bələdiyyə qəbiristanlığında koronavirus pandemiyası zamanı ölən onlarla insanın qalıqlarının olduğu kütləvi məzarlıq aşkar edilib.
"Hüquqinfo.az" "News.ro" portalına istinadən xəbər verir ki, polis qalıqların mənşəyini və insanların ölüm səbəbini müəyyən etmək üçün yoxlama aparır.
Slatina meri Mario de Metsonun sözlərinə görə, qəbiristanlıq ərazisində yüzlərlə insan sümüyü aşkar edilib və İstintaq Komitəsi onları ekspertiza üçün götürüb. Bundan əlavə, qazıntılardan sonra COVID-19 pandemiyası dövründən qalma, içərisində çürüməmiş cəsədlər olan torbalar tapılıb.
Mer bildirib ki, qalıqlar "xüsusi tərzdə" basdırılıb və bu, onun fikrincə, hadisənin kriminal xarakter daşıdığını göstərə bilər.
De Metso həmçinin Rumıniya İstintaq Komitəsini araşdırmanın ləng aparılmasında günahlandırıb. Onun sözlərinə görə, o, insident barədə hüquq-mühafizə orqanlarına ilk dəfə hələ sentyabrın 3-də məlumat verib, lakin həmin vaxtdan işdə bir nəfər də olsun şübhəli şəxs ortaya çıxmayıb.






