
Hüquqinfo.az bildirir ki,
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov İctimai Televiziyada yayımlanan "Pressinq" verilişində məlumat verib.
Onun sözlərinə görə, bu 1200 şagirdin təhsil mühitinin yaxşılaşdırılması deməkdir:
"Ötən tədris ilində bu model 8 məktəbdə tətbiq olundusa, yeni tədris ilindən etibarən onların sayı 48-ə çatdırılıb. Əgər məktəb yaxın ərazidə yerləşirsə, şagirdlər üçün əlçatandırsa və əlavə nəqliyyatdan istifadə etmədən təhsil xidmətini təmin etmək mümkündürsə, bu halda hər hansı daşınma həyata keçirilmir.
Əgər şagirdi yaxın ərazidəki alternativ məktəblə təmin edə bilmiriksə, daşınma xidməti təşkil edirik. Biz elə məktəblərdə ki, xüsusilə müəllim təminatı ilə bağlı baza ehtiyaclarını ödəyə bilmirik, rəqəmsal həllər tətbiq edirik. Həmin məktəbləri avadanlıqlarla, o cümlədən kompüter və şəbəkə təminatı ilə təchiz etdikdən və digər zəruri şərtləri ödədikdən sonra şagirdləri nə daşınmaya, nə də başqa məktəbə getməyə ehtiyac olmadan öz təhsil mühitlərində onlayn, yəni distant təhsilə cəlb edirik".
MÜTDA sədri bildirib ki, distant təhsilə qərar verilməsə idi 1 200 şagird ya kadr təminatı, ya infrastruktur, ya da daşınma ilə bağlı müəyyən çətinliklərlə üzləşə bilərdi:
"Davamiyyət problemləri də yarana bilərdi. Bu layihənin unikallığı ondan ibarətdir ki, bir layihə çərçivəsində bir neçə problemi eyni anda həll edir. Ona görə də yəqin ki, növbəti illərdə bu modelin əhatə dairəsini daha da genişləndirəcəyik və daha çox məktəbi, daha çox şagirdi əhatə edəcəyik".










