
Hüquqinfo.az bildirir ki,
Rusiya Prezidenti Vladimir Putin Hərbi-Sənaye Komissiyasının iclasında çıxış edərkən Şimali Atlantika Alyansının (NATO) fəaliyyətini kəskin tənqid edib.
“Hüquqinfo.az” “RİA Novosti”yə istinadla xəbər verir ki, dövlət başçısı alyansın qlobal nüfuzunu genişləndirmək cəhdlərinə diqqət çəkib:
Rusiya lideri eyni zamanda bəzi Avropa liderlərinin Rusiya Federasiyası ilə müharibəyə hazırlaşdıqlarını açıq şəkildə bəyan etdiklərini vurğulayıb.
Xatırladaq ki, sentyabrın 16-da Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Yuliya Jdanova bildirmişdi ki, NATO ölkələri Rusiya ilə hərbi qarşıdurmanı ən gec 2029-2030-cu illərdə “qaynar faza”ya keçirməyi planlaşdırırlar.










