
Hüquqinfo.az bildirir ki,
Tanınmış plastik cərrah Dilqəm Məhərrəmov həyat yoldaşının xərçəng olması ilə bağlı təsirli jest edib.
Bu barədə plastik cərrah Nərgiz Əhmədova paylaşım edib. O paylaşımına bu sözləri yazıb: “Onlar mənim üçün saçlarını qırxdılar. Həyat yoldaşım və oğlum — mənim ən böyük dayağım, gücüm və heç vaxt tək olmadığımı xatırladan ən böyük səbəbimdir.
Bircə saniyə belə yanımdan ayrılmadı. Bütün müalicələrim zamanı əlimdən tutdun, ən çox ehtiyacım olduğu zaman mənim qayğıma qaldın. Bəlkə də artıq diaqnozumun heç bir əhəmiyyəti yoxdur. Çünki mən artıq həyatda ən böyük hədiyyəyə — sənə sahibəm. Sən yanımda olduğun müddətdə mən artıq qalib gəlmişəm.
Və PET-KT müayinəsindən çıxanda gördüklərimi heç vaxt unutmayacağam — taleyimi müəyyən etməli olan müayinədən. Çölə çıxanda sevimli qardaşım İbrahimi gördüm. Əllərini göyə qaldırmışdı və göz yaşları yanaqlarından süzülürdü…O an əbədi olaraq qəlbimdə qalacaq”.









