Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Batumidə mərkəzi bank rəhbərlərinin iştirakı ilə beynəl...--:--
News
Azərbaycan QHT-ləri Ermənistanda diplomatların Qarabağa...--:--
News
Azərbaycan bankı Naxçıvanda GES tikintisinə 10 milyon m...--:--
News
QHT-lər Ermənistanın işğaldan azad edilmiş ərazilərə sə...--:--
News
Bakıda avtobus həyətin girişində ilişib qaldı - Video--:--
News
Batumidə mərkəzi bank rəhbərlərinin iştirakı ilə beynəl...--:--
News
Azərbaycan QHT-ləri Ermənistanda diplomatların Qarabağa...--:--
News
Azərbaycan bankı Naxçıvanda GES tikintisinə 10 milyon m...--:--
News
QHT-lər Ermənistanın işğaldan azad edilmiş ərazilərə sə...--:--
News
Bakıda avtobus həyətin girişində ilişib qaldı - Video--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

huquq

Alban-Udi xristian dini icması Ermənistanın Gəncəsər və Xudavənglə bağlı reaksiyalarını qınayıb - BƏYANAT

Bugün, 14:25
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Hüquqinfo.az-nın xəbərinə görə, bəyanatda deyilir ki, Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Alban-udi xristian dini icmasının üzvləri Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura, xüsusilə alban tarixi-mədəni irsinə məxsus Gəncəsər və Xudavəng məbədlərinə səfərinə Ermənistan cəmiyyətində və siyasi dairələrində revanşist əhval-ruhiyyəli münasibət göstərilməsini qətiyyətlə qınayır.

“Hesab edirik ki, Ermənistan tərəfinin, o cümlədən hələ də müharibə təbliğatından əl çəkməyən erməni lobbi dairələrinin, eləcə də sülh gündəliyinə sadiq olduğunu iddia edən Ermənistanın Baş naziri Nikol Paşinyanın və digər yüksək vəzifəli rəsmi şəxslərin Gəncəsər və Xudavəng kimi tarixi Azərbaycan abidələrini erməni irsi kimi təqdim etməsi tarixi həqiqətləri inkar etmək və saxtalaşdırmaqla yanaşı, regionda formalaşmaqda olan kövrək sülh prosesinə də təhlükə yaradır. Diplomatik korpus nümayəndələrinin səfərinə qarşı Ermənistanda aparılan məqsədyönlü kampaniya bu ölkədəki siyasi və dini dairələrin sülh istəyində səmimi olmadığını, hələ də Azərbaycanın legitim hüquqlarına dözümsüz yanaşdığını göstərir”, - bəyanatda deyilir.

İcma bəyan edir ki, Qafqaz Albaniyası Azərbaycan dövlətçiliyinin ayrılmaz hissəsidir və Ermənistanın Qafqaz Albaniyasının tarixi, mədəni irsini danmaq siyasəti qəbuledilməzdir: “Ermənistanın belə təxribatçı fəaliyyəti saxta milli müstəsnalığın, yalançı tarixin təzahürü və rasizm elementidir. Qafqaz Albaniyasına, xüsusilə onun dini-mədəni irsinə belə dözülməz, düşmən münasibət Ermənistanın həqiqətdən qorxduğunu bariz şəkildə göstərir. Alban Kilsəsi Qafqazın ilk apostol kilsəsi kimi uzun tarixi yol keçmiş, tək Azərbaycanın deyil, bütün Qafqazın dini-mədəni həyatında silinməz izlər qoymuşdur. Böyük bir mədəniyyət yaratmış, öz əlifbası olmuş bir irsə qarşı bütün hücumlar iflasa uğrayacaq. Əlahəzrət faktları danmaq olmaz”.

Bəyanatda diqqətə çatdırılıb ki, 313-cü ildə Alban çarı Urnayr xristianlığı dövlət dini kimi qəbul edib, bu, tarixdən məlumdur: “Azərbaycan memarlığının möhtəşəm nümunələrindən biri olan Xudavəng monastırının tarixi 6-7-ci əsrlərə gedib çıxır. Tarixi necə dəyişmək, necə saxtalaşdırmaq olar? Danılmaz həqiqətdir ki, Gəncəsər məbədi alban knyazı Həsən Cəlal Dövlənin göstərişi ilə 1216-1238-ci illərdə inşa edilmiş və 1240-cı ildə alban patriarxı Nersesin xeyir duasını almışdır. Gəncəsər məbədinin əhəmiyyəti və bizim üçün xüsusi dəyəri ondan ibarətdir ki, o, alban katolikosluğunun iqamətgahı olmuşdur. Həsən Cəlalın sülaləsindən olan knyazlar və ruhanilər, o cümlədən Həsən Cəlal Allahverdi bəy monastırın ərazisində dəfn edilmişdir. Təəssüf ki, müxtəlif təzyiq və təsirlərdən sonra Çar sinodunun qərarı 1836-cı ildə Alban Apostol Kilsəsinin fəaliyyətinə son qoyulmuş, onun maddi və mənəvi irsinin bir qisminə Erməni-Qriqoryan kilsəsi sahib çıxmağa çalışmışdır. Nəticədə Azərbaycanda, xüsusilə Qarabağda tarixi alban məbədləri qriqorianlaşdırılmış, tarixi abidələrimizlə yanaşı, arxiv materialları və sənədlər ya məhv edilmiş ya da saxtalaşdırılmışdır. Azərbaycan dövlətçiliyinin ayrılmaz hissəsi olan Qafqaz Albaniyasının tarixi-mədəni irsinin min cür saxta oyunlarla erməniləşdirilməsi və mənimsənilməsi cəhdləri son yüz ildə Ermənistanın dövlət siyasətinə çevrilmişdir. Bunun nəticəsidir ki, indiki Ermənistan ərazisində və Azərbaycanın vaxtilə işğal altında olmuş torpaqlarında bir dənə də olsun alban məbədinin tarixi siması olduğu kimi saxlanılmamışdır”.

Bəyanatda bildirilir ki, Qafqaz Albaniyasının tarixi-mədəni irsini mənimsəyərək özünə saxta tarix yaratmaq həm keçmişə, həm də gələcəyə qarşı çıxmaq, mehriban qonşuluq və dinc birgə yaşayışın əsaslarını baltalamaqdır: “Eyni siyasətin bu gün də davam etməsi və Ermənistan rəhbərliyi tərəfindən dəstəklənməsi qəbuledilməzdir. Tarix olduğu kimi öyrənilməli, yazılmalı və təqdim edilməlidir. Biz, bu torpağın ilk xristianları, öz tarixi və dini-mədəni irsimizin ermənilər tərəfindən mənimsənilməsi cəhdlərini qətiyyətlə rədd edirik. Tarixi reallıq sübut edir ki, Qafqaz Albaniyasının tarixi-siyasi və mədəni-dini irsi bu gün ayrı-ayrı etnosların, dinlərin və etiqadların əsrlərlə tolerantlıq şəraitində yaşadığı Azərbaycan dövlətinə və Azərbaycan xalqına məxsusdur. Bu gün öz dilini, dinini, adət-ənənələrini yaşadan xristian icma olaraq biz dədə-babalarımızdan qalan müqəddəs mirasa bundan sonra da sahib çıxacaq və erməni saxtakarlığına qarşı mübarizəmizi davam etdirəcəyik. Bu gün biz udilər Qəbələ və Oğuzdakı kilsələrdə ibadət etdiyimiz kimi, işğaldan azad edilmiş ərazilərdəki qədim alban məbədlərində, o cümlədən “Gəncəsər”, “Ağoğlan”, “Xudavəng”, “Amaras” və digər müqəddəs məkanlarda da sərbəst dini ayin və mərasimlər keçiririk”.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
huquq

Baş Prokurorluğun təşkilatçılığı ilə növbəti genişmiqyaslı konfrans İsmayıllıda keçirilib

News thumbnail
huquq

Erməni cinayətkar şəbəkə Fransa məhkəməsində: Milyonlarla avroluq cinayət işinin detalları

News thumbnail
huquq

Sadıqova 21 minlik stəkan alan rəisin məhkəməsi başladı

Populyar Xəbərlər

News thumbnail
Bugün
iqtisadiyyat

Nobel Fondu laureatlar üçün pul mükafatının məbləğini artırıb

Bugün, 15:33
News thumbnail
Bugün
iqtisadiyyat

“Aqrarkredit”in 10 milyonluq əmlakı satışda

Bugün, 15:29
News thumbnail
Bugün
dunya

Bu ölkə Rusiya ilə “savaşa” hazırlaşır - Qaçış planı

Bugün, 15:28
News thumbnail
Bugün
son xeberler

Yeni pişik növü tapıldı

Bugün, 15:25

Həftənin Xəbərləri

News thumbnail
Bugün
iqtisadiyyat

EBRD Azərbaycan-Özbəkistan birgə layihəsinə 158 milyon dollar ayıra bilər

Bugün, 15:23
News thumbnail
Bugün
iqtisadiyyat

“PAŞA Bank”ın səhmdarlarının sayı 18 minə yaxınlaşıb

Bugün, 15:23
News thumbnail
Bugün
dunya

ABŞ Çexiyanı NATO-nun kollektiv müdafiəsinə töhfəsini artırmağa çağırıb

Bugün, 15:22
News thumbnail
Bugün
siyaset

"Turan Tovuz"un qapıçısı Oleq Baklov Azərbaycan millisinə qarşı mübarizə apara bilər

Bugün, 15:21
News thumbnail
Bugün
dunya

Türkiyə və İsrail ordularınun qəribə müqayisəsi

Bugün, 15:16
News thumbnail
Bugün
cemiyyet

Bahar Muradova Kǝlbəcǝrdə vətəndaşları qəbul edib

Bugün, 15:15
News thumbnail
huquq

Pakistanda dəhşətli partlayış: 15 ölü, 50-dən çox yaralı - Video

News thumbnail
huquq

Böyük Britaniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb