Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb--:--
News
Azərbaycana turist axını 8%-ə yaxın azalıb--:--
News
Bu ilin 8 ayında Azərbaycana 1586 nəfər əcnəbi və vətən...--:--
News
Mərkəzi Bank köçdü, köhnə binanın taleyi necə olacaq?--:--
News
Hindistanda erməni hərbçilərə “Akash” HHM sistemi üzrə ...--:--
News
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb--:--
News
Azərbaycana turist axını 8%-ə yaxın azalıb--:--
News
Bu ilin 8 ayında Azərbaycana 1586 nəfər əcnəbi və vətən...--:--
News
Mərkəzi Bank köçdü, köhnə binanın taleyi necə olacaq?--:--
News
Hindistanda erməni hərbçilərə “Akash” HHM sistemi üzrə ...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

cemiyyet

Güclü yağış və sel suları nəticəsində zərər görmüş yol infrastrukturunda bərpa işləri davam etdirilir

Bugün, 08:37
News thumbnail

Hüquqinfo.az bildirir ki,

2026-cı ilin mart – aprel aylarında Azərbaycanın bir sıra şəhər və rayonlarında baş vermiş güclü leysan yağışları və sel suları nəticəsində yol infrastrukturuna dəymiş ziyanın aradan qaldırılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən genişmiqyaslı bərpa işləri həyata keçirilir.

Dövlət Agentliyindən "Hüquqinfo.az"a bildirilib ki, işlər Azərbaycan Prezidentinin 28 aprel 2026-cı il tarixli müvafiq sərəncamına əsasən icra olunur.

Qeyd olunub ki, ümumilikdə 10 şəhər və rayon üzrə 25 istiqamətdə yol və körpülərin, suötürücü qurğuların, eləcə də sürüşmə, uçqun və çökmə nəticəsində zədələnmiş yol sahələrinin bərpası nəzərdə tutulub.

Hazırda 13 istiqamətdə işlər tam yekunlaşdırılıb, 5 istiqamətdə işlərin böyük hissəsi icra olunaraq tamamlanma mərhələsinə çatdırılıb, 7 istiqamətdə isə tikinti-bərpa işləri davam etdirilir.

Quba rayonu – M-1 (142-ci km)–Zərqava–Kələnov yolunun 7-ci və 10-cu km-lərində yamaclarda baş vermiş sürüşmələrin nəticələrinin aradan qaldırılması;

Quba rayonu – Quba–İspik–Xınalıq yolunun 30-cu km-də baş vermiş uçqunun nəticələrinin aradan qaldırılması;

Xaçmaz rayonu – Xaçmaz–Xudat–Yalama yolunun 60-cı km-də yan-yana yerləşən 3 ədəd borunun çıxışlarının və 68-ci km-də yolun bərpası;

Xaçmaz rayonu – Xaçmaz–Niyazabad–Qarğalıq yolunun 15-ci km-də yolun və boruların bərpası;

Qusar rayonu – Ukur–Nəcəfkənd–Zuxul yolunun 8-ci km-də yamacda baş vermiş sürüşmələrin nəticələrinin aradan qaldırılması;

Şabran rayonu – Düzbilici–Vələsi–Çinarlar yolunun 5-ci km-də yolun, 8-ci km-də 1 ədəd borunun, 16-cı və 18-ci km-lərdə 2 ədəd körpünün bərpası;

Qaradağ rayonu – Lökbatan–Güzdək yolunun 2,2-ci km-də düzbucaqlı suötürücü borunun bərpası və biraşırımlı yeni körpünün tikintisi;

Səbail rayonu – Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 7-ci km-də, Bibiheybət məscidinin yaxınlığında baş vermiş çat və sürüşmələrin nəticələrinin aradan qaldırılması.

Qusar rayonu – Qusar–Əniq–Laza yolunun 45-ci km-də 4 ədəd borunun və yolun hərəkət hissəsinin bərpası, 2 yeni körpünün tikintisi;

Siyəzən rayonu – Siyəzən–Dağ Quşçu–Ərziküş yolunun 4,8-ci km-dən başlayaraq yolun bərpası;

İsmayıllı rayonu – Dəmirçi–Lahıc yolunun 11-ci km-də yolun hərəkət hissəsinin bərpası;

Qaradağ rayonu – Səngəçal–Çeyildağ yolunun 13-cü km-də dağılmış körpünün əvəzinə yeni körpünün tikintisi.

Quba rayonu – Quba–Qonaqkənd–Muçu yolunun 40–42-ci km-lərində baş vermiş çökmə, qabarma və sürüşmələrin nəticələrinin aradan qaldırılması;

Quba rayonu – Yerfi–Adur yolunun yararsız vəziyyətə düşmüş çınqıl örtüyünün və suötürücü boruların yenilənməsi, Söhüb kəndi ərazisində körpünün giriş-çıxış hissələrinin bərpası;

Xaçmaz rayonu – Aşağızeyid–Bərqov kəndlərini birləşdirən yolun Caqacuq çayı ilə kəsişməsində yeni körpünün tikintisi və yanaşma hissələrinin bərpası;

Şabran rayonu – Qaraqaşlı kəndinə gedən avtomobil yolunun 16-cı km-dən ayrılan Liman yolunun hərəkət hissəsinin bərpası;

Siyəzən rayonu – Siyəzən–Məşrif–Qalaaltı yolunun 11-ci km-də qəzalı vəziyyətə düşmüş körpünün əvəzinə yeni körpünün tikintisi;

Ağsu rayonu – Parakənd–Maşadıqanlı yolunun 3-cü km-də yolun hərəkət hissəsinin bərpası.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təbii fəlakət nəticəsində zərər görmüş yol infrastrukturunun bərpası üzrə işlər ərazilərin mövcud vəziyyəti və müəyyən edilmiş texniki həllər nəzərə alınmaqla mərhələli şəkildə davam etdirilir.

Həyata keçirilən tədbirlər zərər görmüş yol infrastrukturunun bərpasına, onun dayanıqlılığının artırılmasına, eləcə də vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunmasına xidmət edir.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
cemiyyet

Bu ilin 8 ayında Azərbaycana 1586 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib

News thumbnail
cemiyyet

Hindistanda erməni hərbçilərə “Akash” HHM sistemi üzrə təlim keçirilib

News thumbnail
cemiyyet

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda rəhbər dəyişikliyi baş verib

Populyar Xəbərlər

News thumbnail
Bugün
cemiyyet

Mərkəzi Asiyanın Birləşmiş Enerji Sistemində nasazlıq baş verib

Bugün, 09:49
News thumbnail
Bugün
son xeberler

Beyləqanda əmək yarmarkası keçirildi

Bugün, 09:45
News thumbnail
Bugün
iqtisadiyyat

“Azeri Light”ın qiyməti 126 dollara çatır

Bugün, 09:45
News thumbnail
Bugün
huquq

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Bugün, 09:45

Həftənin Xəbərləri

News thumbnail
Bugün
cemiyyet

Nadir Quliyev keçmiş vəzifəsinə qayıtdı

Bugün, 09:42
News thumbnail
Bugün
siyaset

İcra başçısı Beyi kənd sakinləri ilə görüşdü

Bugün, 09:40
News thumbnail
Bugün
dunya

Yevlaxda Qərbi Azərbaycan irsinə həsr olunmuş tədbir keçirilib

Bugün, 09:40
News thumbnail
Bugün
siyaset

Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb

Bugün, 09:39
News thumbnail
Bugün
siyaset

Prezidentin xüsusi nümayəndəsi: "İşğaldan azad edilmiş ərazilərində 20-dən çox kiçik SES tikilib"

Bugün, 09:36
News thumbnail
Bugün
idman

"Birbaşa Bakı" və "Zirə" Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizəyə başlayır

Bugün, 09:35
News thumbnail
cemiyyet

Mərkəzi Asiyanın Birləşmiş Enerji Sistemində nasazlıq baş verib

News thumbnail
cemiyyet

Nadir Quliyev keçmiş vəzifəsinə qayıtdı