Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Mikayıl Cabbarov: Xarici şirkətlərin əksəriyyəti mənfəə...--:--
News
Mikayıl Cabbarov: "Azərbaycan uzunmüddətli tərəfdaşlıql...--:--
News
Prezident forum iştirakçılarına müraciət ünvanladı--:--
News
Mikayıl Cabbarov: Azərbaycan regionlararası əlaqələri g...--:--
News
Ötən ay Azərbaycanda nağdsız ödənişlərin həcmi 9%-ə yax...--:--
News
Mikayıl Cabbarov: Xarici şirkətlərin əksəriyyəti mənfəə...--:--
News
Mikayıl Cabbarov: "Azərbaycan uzunmüddətli tərəfdaşlıql...--:--
News
Prezident forum iştirakçılarına müraciət ünvanladı--:--
News
Mikayıl Cabbarov: Azərbaycan regionlararası əlaqələri g...--:--
News
Ötən ay Azərbaycanda nağdsız ödənişlərin həcmi 9%-ə yax...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Prezidentin xüsusi nümayəndəsi: "İşğaldan azad edilmiş ərazilərində 20-dən çox kiçik SES tikilib"

Bugün, 09:36
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 20-dən çox kiçik su elektrik stansiyası (SES) tikilərək istifadəyə verilib.

Bunu "Hüquqinfo.az"a açıqlamasında Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Onun sözlərinə görə, bu gün ölkənin su resurslarının 30 %-ə yaxını məhz işğaldan azad olunmuş ərazilərdə formalaşır: "Bu, təkcə kənd təsərrüfatı üçün deyil, həm də alternativ enerjinin inkişafı üçün geniş imkanlar açır. Odur ki, müxtəlif su elektrik stansiyaları həm təmir olunub, həm də yeniləri tikilərək istifadəyə verilib. Əlbəttə, əvvəldən mövcud olmuş 80 su elektrik stansiyasını da nəzərə alsaq, alternativ enerjinin hasilatı baxımından kifayət qədər böyük potensial yaranır. İşğaldan azad olunmuş ərazilərdə yaradılan, qurulan və bərpa edilən yaşayış məntəqələrində alternativ enerji mənbələrindən istifadə etməkdə davam edəcəyik. Bunun geniş imkanları var".

Bundan başqa, Prezidentin xüsusi nümayəndəsi deyib ki, bu gün Ağdam, Füzuli və Xocavənd rayonlarında ümumilikdə 15 600-dən çox insan yaşayır: "Mən keçmiş məcburi köçkünləri nəzərdə tuturam. Eyni zamanda orada çoxlu sayda dövlət qulluqçusu, sahibkar fəaliyyət göstərirlər. Həmin ərazilərin bərpası beynəlxalq şəhərsalma, "ağıllı şəhər" və "ağıllı kənd" prinsiplərinə uyğun olaraq həyata keçirilir. Biz hər bir şəhərdə, yaşayış məntəqəsində çalışırıq ki, alternativ enerji mənbələrindən aktiv istifadə edək. Bunun ən bariz nümunələri yaşayış evlərinin üzərində yerləşdirilən günəş panelləridir. Bundan başqa, küçə işıqlandırılmasında da hibrid sistemli, yəni həm günəş enerjisindən, həm də şəbəkə enerjisindən istifadə edən işıqlandırma sistemlərindən yararlanırıq. Burada söhbət dayanıqlılıqdan, əlçatanlıqdan, dövlət xidmətlərinin əlyetərliyindən, vətəndaşların bir məntəqədən digər məntəqəyə qısa müddətdə yetişməsindən gedir. Bütün bunlar şəhərsalma prinsiplərində öz əksini tapıb və layihələrimizdə də öz əksini tapır. Biz çalışırıq ki, bu formada da onları icra edək".

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Prezident forum iştirakçılarına müraciət ünvanladı

News thumbnail
siyaset

Mikayıl Cabbarov: Azərbaycan regionlararası əlaqələri gücləndirməklə əlavə dəyər yaratmağı hədəfləyir

News thumbnail
siyaset

Samir Şərifov Prezidentin Forum iştirakçılarına müraciətini səsləndirdi

Populyar Xəbərlər

News thumbnail
Bugün
iqtisadiyyat

Bank sektrounun aktivləri 62 mlrd. manatı ötüb

Bugün, 10:21
News thumbnail
Bugün
siyaset

Tacikistan Baş naziri Zəfər Parkında

Bugün, 10:21
News thumbnail
Bugün
siyaset

Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib

Bugün, 10:20
News thumbnail
Bugün
siyaset

Azərbaycanda 8 ayda dövlət xəttilə 263 milyon manat ipoteka krediti verilib

Bugün, 10:19

Həftənin Xəbərləri

News thumbnail
Bugün
dunya

İran ABŞ-la noyabr seçkilərinədək razılaşmaya hazırdır

Bugün, 10:18
News thumbnail
Bugün
iqtisadiyyat

Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 36 % artıb

Bugün, 10:14
News thumbnail
Bugün
iqtisadiyyat

Azərbaycanın bank sektorunun xalis mənfəəti 23 %-ə yaxın artıb

Bugün, 10:11
News thumbnail
Bugün
iqtisadiyyat

Azərbaycanın bank sektorunun aktivləri 12 %-dən çox artıb

Bugün, 10:10
News thumbnail
Bugün
iqtisadiyyat

Qazaxıstanda həlak olan hərbçilərin sayı artdı

Bugün, 10:08
News thumbnail
Bugün
siyaset

Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iştirakçılarına müraciət ünvanlayıb

Bugün, 10:06
News thumbnail
siyaset

İlham Əliyev Forum iştirakçılarına müraciət ünvanlayıb

News thumbnail
siyaset

Tacikistan Baş naziri Zəfər Parkında