










Hüquqinfo.az bildirir ki,
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasına dünyanın 191 ölkəsindən 1586,0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 27,9 faizi Rusiya Federasiyası, 19,4 faizi Türkiyə, 7,8 faizi İran, 4,8 faizi Gürcüstan, 4,6 faizi Qazaxıstan, 3,5 faizi İsrail, 3,4 faizi Pakistan, 3,2 faizi Özbəkistan, hər birindən 2,6 faiz olmaqla Çin və Hindistan, 2,5 faizi Səudiyyə Ərəbistanı, 1,6 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, 1,1 faizi Almaniya, 1,0 faizi Böyük Britaniya, 12,7 faizi digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 66,9 faizini kişilər, 33,1 faizini qadınlar təşkil edib.
2025-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2026-cı ilin yanvar-avqust aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,6 faiz artaraq 77,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,1 faiz artaraq 619,5 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 33,3 faiz azalaraq 192,0 min nəfər, digər ölkələrdən gələnlərin sayı 8,2 faiz azalaraq 696,7 min nəfər təşkil edib.
Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73,1 faizi hava, 25,5 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.
2025-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2026-cı ilin yanvar-avqust aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,4 faiz azalaraq 1384,5 min nəfər olub. Vətəndaşlarımızın 43,9 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz çox), 14,8 faizi Rusiya Federasiyasına (2,2 faiz az), 12,8 faizi Gürcüstana (13,6 faiz çox), 5,3 faizi İrana (41,2 faiz az), 23,2 faizi isə digər ölkələrə (3,9 faiz az) gedib. Gedənlərin 64,0 faizini kişilər, 36,0 faizini qadınlar təşkil edib.
2026-cı ilin yanvar-avqust aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının 70,7 faizi hava, 27,4 faizi dəmir yolu və avtomobil, 1,9 faizi isə dəniz nəqliyyatından istifadə edib.









