
Hüquqinfo.az bildirir ki,
İrlandiyada güclü külək və yağış səbəbindən 18 minə yaxın ev və müəssisə elektrik enerjisiz qalıb.
"ESB Networks" şirkəti bildirib ki, əlverişsiz hava şəraiti ölkənin əsasən cənub və cənub-qərb bölgələrində genişmiqyaslı elektrik kəsintilərinə səbəb olub və hazırda elektrik təchizatının bərpası istiqamətində iş aparılır.
Daha sonra meteoroloqlar sürücülərə mümkün lokal daşqınlar, yollarda çətin hərəkət şəraiti və zəif görmə qabiliyyəti ilə bağlı yenidən xəbərdarlıq ediblər.









