
Hüquqinfo.az bildirir ki,
Türkiyənin "CANİK" silah istehsal şirkəti tərəfindən hazırlanan "CANİK M3 FALCON" ağır pulemyotu Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində ilk dəfə nümayiş olunur.
"Hüquqinfo.az"un məlumatına görə, pulemyot əsasən helikopterlər, yüngül hücum təyyarələri, dəniz və quru platformaları, həmçinin pilotsuz nəqliyyat vasitələri üçün yüksək atəş gücü təmin etmək məqsədilə hazırlanıb.
"CANİK" şirkəti "M3 FALCON" pulemyotunu modul montaj sistemi olan "FALCON FLEX 50" ilə birlikdə Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17" helikopterlərinə inteqrasiya edib.










