
Hüquqinfo.az bildirir ki,
Milli Məclisin iclasında “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasına İkinci Əlavə Protokolun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunub.
Axar.az Hüquqinfo.az.com-a istinadla xəbər verir ki, layihəyə əsasən, Azərbaycan “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasına İkinci Əlavə Protokolu qeyd-şərt və bəyanatlarla təsdiqləyəcək.
Sənəd haqqında deputat Nizami Səfərov məlumat verib. Bildirib ki, layihəyə əsasən, münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşana qədər protokolun müddəaları Ermənistana münasibətdə tətbiq edilməyəcək.
Azərbaycan, həmçinin protokolun aşağıdakı məsələləri tənzimləyən 16–20-ci maddələrini tətbiq etməmək hüququnu özündə saxlayacaq:
Protokol digər iştirakçı dövlətlərlə cinayət işləri üzrə hüquqi yardımın genişləndirilməsini nəzərdə tutur.
Sənəd şahid və ekspertlərin videokonfrans və telefon bağlantısı vasitəsilə dindirilməsi, sübutların qorunması və cinayət yolu ilə əldə olunmuş əşyaların qanuni sahibinə qaytarılması kimi məsələləri əhatə edir. Azərbaycanla hüquqi yardım üzrə sorğular və digər yazışmalar mərkəzi orqanlar kimi Ədliyyə Nazirliyinə və Baş Prokurorluğa göndəriləcək.
Elektron və ya digər telekommunikasiya vasitələri ilə göndərilən sorğuların əsli sonradan yazılı şəkildə təqdim olunmalıdır.
Rayon və şəhər məhkəmələri, ağır cinayətlər məhkəmələri, apellyasiya instansiyası məhkəmələri və Baş Prokurorluq konvensiyanın məqsədləri üçün məhkəmə orqanları hesab ediləcək.
Azərbaycan fərdi məlumatların digər dövlət tərəfindən müəyyən məqsədlərlə istifadəsi üçün əvvəlcədən razılığının alınmasını da tələb edəcək.










