
Hüquqinfo.az bildirir ki,
İspaniya çempionatının VII turunda "Sevilya"ya 3:1 hesabı ilə qalib gələn "Barselona"nın hücumçusu Lamin Yamal İspaniya La Liqasında 2013/2014 mövsümündən bəri 50 məhsuldar ötürmə edən ən gənc futbolçu kimi rekorda imza atıb.
"Hüquqinfo.az" "Opta"ya istinadən xəbər verir ki, 19 yaşlı forvard sözügedən qarşılaşmada iki məhsuldar ötürmə edib.
Bununla da Kataloniya kollektivinin heyətində bütün turnirlərdə çıxdığı 159 matçda məhsuldar ötürmələrinin sayını 51-ə çatdırıb.
19 yaş 68 günlüyündə 50-ci məhsuldar ötürməsini edən idmançı 2013/2014 mövsümündən bəri La Liqada bu göstəriciyə çatan ən gənc oyunçudur. Əvvəlki rekord "Real"ın futbolçusu Vinisius Juniora (22 yaş 298 gün) məxsus idi. Futbolçu 2023-cü ildə bu uğura imza atmışdı.
Qeyd edək ki, L.Yamal 51 məhsuldar ötürmə ilə yanaşı, komandanın heyətində bütün turnirlərdə 57 qol vurub.










