Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Sürücülərin məsuliyyətsizliyi onlarla sərnişini təhlükə...--:--
News
Krasnodar diyarında neft anbarı yanır - Foto--:--
News
Masazırda yük və minik maşınları toqquşub, ölən və xəsa...--:--
News
Bakı–Quba yolunda yük maşını avtomobilin üstünə aşıb, ö...--:--
News
"Mərkəzi Asiya + Azərbaycan" formatında ekoloji dialoqu...--:--
News
Sürücülərin məsuliyyətsizliyi onlarla sərnişini təhlükə...--:--
News
Krasnodar diyarında neft anbarı yanır - Foto--:--
News
Masazırda yük və minik maşınları toqquşub, ölən və xəsa...--:--
News
Bakı–Quba yolunda yük maşını avtomobilin üstünə aşıb, ö...--:--
News
"Mərkəzi Asiya + Azərbaycan" formatında ekoloji dialoqu...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

cemiyyet

“Məktəb acınacaqlı vəziyyətdədir, uçub-dağılır”

Bugün, 12:25
News thumbnail

Hüquqinfo.az bildirir ki,

“Ağdam rayonunun Evoğlu kəndində yerləşən Əsgər Əliyev adına tam orta məktəb acınacaqlı vəziyyətdədir. Binanın bəzi hissələri uçub-dağılır. Ən böyük narahatlığımız isə uşaqların hər gün bu binada təhsil almasıdır”.

Vətəndaşın sözlərinə görə, vaxtilə özü bu məktəbdə oxuyub, gələcəkdə isə övladının burada təhlükəsiz şəkildə təhsil almasını istəyir: “Bir zamanlar təhsil aldığım bu məktəb hazırda bərbad və acınacaqlı haldadır. Gələcəkdə övladımı bu məktəbə göndərməyə qorxuram. Lap mənim övladım olmasın, qonşunun övladı olsun, fərqi yoxdur. Burada dərs keçilməsi uşaqlarımız üçün təhlükəlidir.

Bu məktəbin qarşısından birbaşa Qarabağ istiqamətinə keçmək mümkündür. Kəndimiz “Qarabağın qapısı” sayılır. Belə bir ərazidə təhsil ocağına biganə qalmaq düzgün deyil. Bu məktəb axırıncı dəfə 30 il öncə təmir edilib”.

Vüsal Zamanzadə qeyd edib ki, məktəbin vəziyyəti ilə bağlı kəndlilər tərəfindən dövlət qurumlarına dəfələrlə müraciət edilsə də, problem hələ də həllini tapmayıb: “Elm və Təhsil Nazirliyinə, Ağdam Rayon İcra Hakimiyyətinə müraciət etmişik, lakin problem hələ də həll olunmayıb. Məktəbin əsaslı şəkildə təmir olunmasına və ya yeni binanın tikilməsinə ehtiyac var”.

Sözügedən şikayətlə bağlı Qarabağ Regional Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirildi ki, yeni binaların inşası və mövcud binaların əsaslı təmiri qurumun əsas prioritetlərindəndir: “Son bir il ərzində Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan 30-dan çox məktəbdə cari, 16 məktəbdə isə əsaslı təmir işləri aparılıb və 1 məktəb binası sökülərək yenidən tikilib.

Ağdamın Əsgər Əliyev adına Evoğlu kənd tam orta ümumtəhsil məktəbinin ümumi vəziyyətindən xəbərdarıq. Qeyd edirik ki, adıçəkilən təhsil müəssisəsinin həyətyanı modul tipli məktəbin tiktisinə başlanılıb. Təhsil müəssisəslərinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir”.

Problem barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) ünvanladığımız müraciətə isə belə cavab aldıq: “Ağdam rayonu, Evoğlu kəndində yerləşən Əsgər Əliyev adına tam orta məktəb binasına vizual baxış zamanı daxili və xarici səthlərdə aşınmalar, döşəmələrin yararsız halda olması, əsas yükdaşıyan divarlarda çatlar müşahidə edilib.

Məlumat üçün qeyd edək ki, hazırda məktəbin ərazisində 90 şagird yerlik modul tipli məktəb binası inşa edilir. Modul tipli məktəb binasının layihəsinə FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən müvafiq rəy verilib”.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
cemiyyet

Sürücülərin məsuliyyətsizliyi onlarla sərnişini təhlükəyə atır

News thumbnail
cemiyyet

Bakı–Quba yolunda yük maşını avtomobilin üstünə aşıb, ölən və xəsarət alanlar var - YENİLƏNİB

News thumbnail
cemiyyet

40 ilin həkimini işdən çıxarmışdı

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edilib

Bugün, 12:58
News thumbnail
Bugün
son xeberler

Skuterdən yıxılan 42 yaşlı kişi öldü

Bugün, 12:57
News thumbnail
Bugün
siyaset

Azərbaycan və Özbəkistan üçüncü ölkələrdə birgə turizm tədbirləri keçirəcəklər

Bugün, 12:52
News thumbnail
Bugün
dunya

Azərbaycan Gürcüstanda IX Dünya Enerji Tənzimləmə Forumunda təmsil olunur

Bugün, 12:50

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Qobustanda “Ford” yandı

Bugün, 12:50
News thumbnail
Bugün
cemiyyet

Bakı-Sumqayıt yolunda dəhşətli qəza

Bugün, 12:50
News thumbnail
Bugün
dunya

Alban mədəni irsinin beynəlxalq müstəvidə tanıdılması zərurəti vurğulanıb

Bugün, 12:48
News thumbnail
Bugün
dunya

“Qərbi Azərbaycanda alban irsi” mövzusunda seminar keçirilib - FOTO

Bugün, 12:46
News thumbnail
Bugün
siyaset

Həm diplomat, həm də şair olan Vəkilovun

Bugün, 12:45
News thumbnail
Bugün
son xeberler

Alim Üzeyirlə “gör gəlib hara çıxdı” da...

Bugün, 12:45
News thumbnail
cemiyyet

Bakı-Sumqayıt yolunda dəhşətli qəza

News thumbnail
cemiyyet

“Əməliyyatdan sonra yatanda da gözlərim bağlanmır...”