
Hüquqinfo.az bildirir ki,
Pakistan Hərbi Hava Qüvvələri Əfqanıstanda pilotsuz uçuş aparatlarının (PUA) buraxılması və saxlanması üçün istifadə edilən 10 obyektə zərbə endirib.
Axar.az xəbər verir ki, bu barədə Pakistanın informasiya və teleradio yayım naziri Attaullah Tarar məlumat yayıb.
Tarar bildirilib ki, 23 sentyabrda Əfqanıstan dronları Pakistan hava məkanına daxil olub və İslamabad bunu suverenliyin pozulması kimi qiymətləndirib:
“Pakistanın hava hücumundan müdafiə sistemləri bütün müdaxilə edən dronları hədəflərinə çatmadan aşkar edib, izləyib və zərərsizləşdirib.
Pakistan özünümüdafiə hüququndan istifadə edərək, Əfqanıstanda bu PUA-ların buraxılması və saxlanması üçün istifadə edilən 10 obyektə dəqiq hava və dron zərbələri endirib”.
Nazir Kabili Pakistana qarşı düşmənçilik addımlarını dayandırmağa və terrorizmə qarşı mübarizədə beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırıb.






