








Hüquqinfo.az bildirir ki,
Sərsəng su anbarı Ağdərə rayonunda, Tərtərçayın üzərində yerləşir. 1976-cı ildə inşa edilən su anbarı əsasən əkin sahələrinin suvarılması və su ehtiyatlarının tənzimlənməsi məqsədilə istifadə olunur. Təxminən 560 milyon kubmetr su tutumuna malik olan Sərsəng su anbarı Qarabağın mühüm su təsərrüfatı obyektlərindən biridir.
İşğal dövründə Sərsəng su anbarına nəzarət edən Ermənistan qüvvələri su ehtiyatlarından Tərtər və ətraf rayonlarının su təminatına təsir göstərmək, həmçinin ekoloji təzyiq yaratmaq üçün istifadə edib. Azərbaycan tərəfi həmin dövrdə su ehtiyatlarından bu cür istifadənin bölgəyə qarşı ekoloji terror siyasətinin tərkib hissəsi olduğunu bildirib.
Hazırda ərazidə su təsərrüfatı infrastrukturunun bərpası və gələcəkdə səmərəli istifadəsi istiqamətində işlər aparılır. Vaxtilə su ehtiyatlarından təzyiq vasitəsi kimi istifadə edilən Sərsəng bu gün Qarabağın bərpası və dirçəlişinin simvollarından birinə çevrilir.
"Hüquqinfo.az"un əməkdaşları Sərsəng su anbarının füsunkar mənzərəsini lentə alıb. Həmin görüntüləri təqdim edirik:







