






Hüquqinfo.az bildirir ki,
Bir neçə min itkin şəxsin taleyinin aydınlaşdırılması Ermənistanla Azərbaycan arasındakı münasibətlərdə həllini tələb edən məsələlərdən biridir.
Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasında çıxış edərkən deyib.
“Əməkdaşlıq barədə razılığa gəldik. Ermənistan mina təmizləmə məsələlərində Azərbaycanla əməkdaşlığı davam etdirməyə və dərinləşdirməyə hazırdır. Təbii ki, İrəvan münaqişə nəticəsində Azərbaycanda həbsdə olan ermənilərin (hərbi cinayətkarların - red.) geri qaytarılmasını da gözləyir.
Bu həllini tapmamış məsələlərlə yanaşı, bədbin əhval-ruhiyyəni gücləndirən digər səbəb Ermənistan və Azərbaycanda müəyyən dairələrin, bəzən isə rəsmi səviyyədə qarşıdurma ritorikasından vaxtaşırı istifadə etməsidir. Ermənistan və Azərbaycan kifayət qədər mühüm nəticələr əldə edib və bu nəticələr tarixdən, tarixi-mədəni abidələrdən və ya digər məsələlərdən asılı olmayaraq, qarşıdurma ritorikasından istifadə etməkdən daha dəyərli olmalıdır. Sülhün möhkəmləndirilməsi, onun inkişafı, təsis edilməsi Ermənistan və Azərbaycan arasında əməkdaşlığın əsas mövzusu olmalıdır”, - o bildirib.







