Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Formula 1 günlərində polis gücləndirilmiş rejimdə xidmə...--:--
News
Nazir xarici ölkələrə ezam olunan kursantlarla görüşdü ...--:--
News
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini k...--:--
News
“Euronews” Alban-Udi xristianlarının Qarabağda Gəncəsər...--:--
News
“Euronews”: Udi zəvvarları üçün Gəncəsər Monastırına qa...--:--
News
Formula 1 günlərində polis gücləndirilmiş rejimdə xidmə...--:--
News
Nazir xarici ölkələrə ezam olunan kursantlarla görüşdü ...--:--
News
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini k...--:--
News
“Euronews” Alban-Udi xristianlarının Qarabağda Gəncəsər...--:--
News
“Euronews”: Udi zəvvarları üçün Gəncəsər Monastırına qa...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

cemiyyet

Toxumçuluqda yeni dövr: yerli toxum, etibarlı təminat mövzusunda konfrans keçirildi

Bugün, 16:25
News thumbnail

Hüquqinfo.az bildirir ki,

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) birgə təşkilatçılığı ilə “Toxumçuluqda yeni dövr: yerli toxum, etibarlı təminat” mövzusunda konfrans keçirilib.

“Hüquqinfo.az” xəbər verir ki, konfransda kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, FAO-nun baş direktorun köməkçisi, Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi və əməkdaşları, elmi-tədqiqat institutlarının alimləri, toxum istehsalçıları və fermerlər iştirak ediblər.

Tədbirdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi, fermerlərin rifahının yüksəldilməsi və ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aqrar siyasətin əsas istiqamətlərindəndir.

Nazir qeyd edib ki, dövlət başçısının 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”, eləcə də yeni “Toxumçuluq haqqında” Qanun ölkədə toxumçuluq sektorunun inkişafı üçün yeni imkanlar yaradır.

Məcnun Məmmədov diqqətə çatdırıb ki, Aqrar Subsidiya Şurasının 2027-ci il üçün müəyyən etdiyi yeni dəstək mexanizmləri də Dövlət Proqramının prioritetləri ilə uzlaşdırılıb. Yeni dəstək mexanizmlərində ilk dəfə olaraq super elit toxumların əkildiyi sahələr üzrə subsidiyaların artırılmış əmsalla hesablanması, kənd təsərrüfatı texnikalarının alınmasına tətbiq olunan güzəşt faizinin isə 50 faizədək yüksəldilməsi nəzərdə tutulur. Bununla yanaşı, sertifikatlı toxumdan istifadənin genişləndirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir.

Tədbirdə FAO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin toxumçuluğun inkişafına, sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsinə və laboratoriya xidmətlərinin müasir tələblərə uyğunlaşdırılmasına mühüm töhfə verdiyi vurğulanıb. Məcnun Məmmədov qeyd edib ki, yeni “Toxumçuluq haqqında” Qanunun, Dövlət Proqramının və yenilənmiş subsidiya mexanizmlərinin ardıcıl icrası yerli toxum istehsalının inkişafına, fermerlərin gəlirlərinin artmasına, idxaldan asılılığın azaldılmasına, ixrac imkanlarının genişləndirilməsinə və ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə töhfə verəcək.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli çıxışında toxumçuluq sektorunun ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını bildirib. Bildirib ki, məhsuldarlığın aşağı düşməsinin qarşısının alınması, bitki sağlamlığının qorunması və ölkə ərazisinə təhlükəli zərərli orqanizmlərin daxil olmasının qarşısının alınması məqsədilə idxal olunan bitkiçilik məhsullarına, əkin-səpin materiallarına və toxumlara nəzarət gücləndirilib.

İdxal olunan toxum materialları virus və bakterial xəstəliklərə görə müvafiq yoxlamalardan keçirilir, yalnız müəyyən edilmiş sağlamlıq və təhlükəsizlik tələblərinə cavab verən toxumların ölkəyə idxalına icazə verilir. AQTA sədri əlavə edib ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üzrə Dövlət Proqramı” çərçivəsində “Bitki sağlamlığı haqqında” yeni Qanunun qəbul edilməsi nəzərdə tutulur. Yeni Qanun bitki sağlamlığı sahəsində hüquqi mexanizmlərin və risk əsaslı fitosanitar nəzarətin təkmilləşdirilməsinə xidmət edəcək

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktorun köməkçisi, Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi, Viorel Gutu FAO ilə Azərbaycan arasında aqrar sahədə əməkdaşlığın nəticələrindən danışıb. Bildirib ki, əməkdaşlıq çərçivəsində AXA-nın laboratoriya şəbəkəsinin modernləşdirilməsinə, regionda ilk dəfə olaraq toxumluq əkin sahələrinin aprobasiyası prosesinin rəqəmsallaşdırılmasına, həmçinin Xankəndidə müasir tələblərə cavab verən laboratoriya şəbəkəsinin qurulmasına metodoloji dəstək göstərilib. Viorel Gutu qeyd edib ki, Yerli toxum istehsalına investisiya yalnız kənd təsərrüfatı siyasətinə qoyulan sərmayə deyil. Bu, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd yerlərində dayanıqlı gəlirin gücləndirilməsi, eləcə də ölkənin bazar dəyişiklikləri və təchizat zəncirindəki risklər qarşısında daha hazırlıqlı olması üçün strateji əhəmiyyət daşıyır.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qeyd edib ki, aqrar sahəyə dair yeni Dövlət Proqramında kənd təsərrüfatının dayanıqlı və rəqabətqabiliyyətli inkişafının təmin edilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, daxili istehsal potensialının, məhsuldarlığın əlavə dəyərin və ixracyönümlülüyün artırılması, rəqəmsallaşma və insan kapitalının inkişafıəsas məqsəd kimi qarşıya qoyulub. Komitə sədri vurğulayıb ki, Dövlət Proqramında kənd təsərrüfatının inkişafında toxumçuluq strateji əhəmiyyətli sahə kimi qeyd edilir. Aqrar sahəyə dair qanunvericilik kənd təsərrüfatının inkişafının başlıca istiqamətlərini özündə ehtiva edir.

Konfrans işini panel sessiyalarla davam etdirib. Sessiyalar çərçivəsində aqrar sahədə yeni Dövlət Proqramı”nın milli toxumçuluğun inkişafına təsiri, ərzaq təhlükəsizliyinin təmin olunmasında toxumçuluq sektorunun rolu, qlobal yanaşmalar və beynəlxalq təcrübə, 2026-cı ildə toxum istehsalı, aprobasiya nəticələri və qarşıdakı hədəflər üzrə təqdimatlar dinlənilib. Panel müzakirələrində milli toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi, ilkin toxumçuluğun təşkili zamanı beynəlxalq təcrübədən istifadə, yüksək reproduksiyalı və sertifikatlaşdırılmış toxum istehsalının genişləndirilməsi, müasir seleksiya üsullarının və innovativ texnologiyaların tətbiqi, toxum istehsalçılarının fəaliyyətinin dəstəklənməsi və fermerlərin keyfiyyətli toxuma çıxış imkanlarının artırılması istiqamətində fikir mübadiləsi aparılıb. Tədbirin sonunda toxumçuluq sahəsində fəaliyyəti və əldə etdiyi nəticələrlə fərqlənən toxum istehsalçılarına mükafatlar təqdim olunub.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
cemiyyet

Adil Kərimli Naxçıvan şəhərində vətəndaşları qəbul etdi

News thumbnail
cemiyyet

Adil Kərimli Naxçıvanda vətəndaşları qəbul etdi

News thumbnail
cemiyyet

FHN güclü küləklə əlaqədar əhaliyə yüngül konstruksiyalı tikililərdən uzaq durmağı tövsiyə edib

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

"FAKTI" Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: "Bu, absurddur"

Bugün, 17:05
News thumbnail
Bugün
iqtisadiyyat

Azərbaycanda bank kartları ilə bağlı daha bir - Qadağa

Bugün, 17:00
News thumbnail
Bugün
siyaset

BMT-də Azərbaycanın Kiçik Ada Dövlətləri üçün Əməkdaşlıq Proqramı təqdim olunub

Bugün, 16:58
News thumbnail
Bugün
siyaset

Deputat: Metallurgiya sənayesinə dair Dövlət Proqramı ölkənin ixrac imkanlarının artmasına töhfə verəcək

Bugün, 16:58

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Azərbaycan Qvineya-Bisau, Palau və Dominikan Respublikasına texniki yardım göstərəcək

Bugün, 16:56
News thumbnail
Bugün
cemiyyet

Adil Kərimli Naxçıvan şəhərində vətəndaşları qəbul etdi

Bugün, 16:55
News thumbnail
Bugün
huquq

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

Bugün, 16:55
News thumbnail
Bugün
cemiyyet

Adil Kərimli Naxçıvanda vətəndaşları qəbul etdi

Bugün, 16:55
News thumbnail
Bugün
siyaset

FHN-in Qarabağ Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Bugün, 16:54
News thumbnail
Bugün
siyaset

Azərbaycanla Gürcüstanın hüquq-mühafizə orqanları arasında əməkdaşlıq müzakirə olunub

Bugün, 16:53
News thumbnail
cemiyyet

Adil Kərimli Naxçıvanda vətəndaşları qəbul edib

News thumbnail
cemiyyet

“Azərbaycanın mineral resurs potensialı xəritələndiriləcək”