Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Əraqçi ilə Sibiqa Xəzər dənizində İran gəmisinə hücumu ...--:--
News
Azərbaycan və Özbəkistan təxminən 400 milyon dollarlıq ...--:--
News
“Atəşgah” Sığorta 8 ayda 28,3 milyon manat sığorta ödən...--:--
News
Paşinyanın rus dili öyrənməsinə Rusiyadan reaksiya--:--
News
Rutte NATO-nun Rusiya ilə hər hansı bir qarşıdurmadan q...--:--
News
Əraqçi ilə Sibiqa Xəzər dənizində İran gəmisinə hücumu ...--:--
News
Azərbaycan və Özbəkistan təxminən 400 milyon dollarlıq ...--:--
News
“Atəşgah” Sığorta 8 ayda 28,3 milyon manat sığorta ödən...--:--
News
Paşinyanın rus dili öyrənməsinə Rusiyadan reaksiya--:--
News
Rutte NATO-nun Rusiya ilə hər hansı bir qarşıdurmadan q...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

cemiyyet

FHN güclü küləklə əlaqədar əhaliyə yüngül konstruksiyalı tikililərdən uzaq durmağı tövsiyə edib

Bugün, 16:51
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Fövqəladə Hallar Nazirliyi (FHN) bəzi ərazilərdə gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə yüngül konstruksiyalı tikililərdən uzaq durmağı tövsiyə edib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.

Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Eləcə də güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan başqa, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

Həmçinin, intensiv yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından, habelə subasmadan qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək lazımdır.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün ildırım çaxarkən elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil telefon, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
cemiyyet

Anım Günü ilə əlaqədar Suraxanıda ağacəkmə aksiyası

News thumbnail
cemiyyet

Adil Kərimli Naxçıvanda vətəndaşları qəbul etdi

News thumbnail
cemiyyet

Adil Kərimli Naxçıvan şəhərində vətəndaşları qəbul etdi

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Aİ-Azərbaycan biznes forumunda nəqliyyat dəhlizlərinin inkişafı müzakirə olunacaq

Bugün, 17:33
News thumbnail
Bugün
dunya

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Bugün, 17:30
News thumbnail
Bugün
idman

Mustafa Karaman Azərbaycanın "LANDAU Lions" komandasının məşqçisi təyin olunub

Bugün, 17:28
News thumbnail
Bugün
huquq

Azərbaycanla Sent-Vinsent və Qrenadin arasında siyasi məsləhətləşmələr üzrə protokol imzalanıb

Bugün, 17:28

Həftənin Xəbərləri

News thumbnail
Bugün
huquq

Azərbaycan və Sent-Vinsent və Qrenadin arasında siyasi məsləhətləşmələr üzrə protokol imzalanıb

Bugün, 17:28
News thumbnail
Bugün
huquq

Azərbaycanla Sent-Vinsent və Qrenadinləri arasında siyasi məsləhətləşmə mexanizminin əsası qoyulub

Bugün, 17:28
News thumbnail
Bugün
cemiyyet

Anım Günü ilə əlaqədar Suraxanıda ağacəkmə aksiyası

Bugün, 17:28
News thumbnail
Bugün
iqtisadiyyat

Babək rayonunun Xalxal sahəsində geoloji tədqiqatlar aparılır

Bugün, 17:27
News thumbnail
Bugün
iqtisadiyyat

Özbəkistanla Azərbaycan Xəzərdə donanmanın maliyyələşdirilməsi mənbələrini müəyyən edib

Bugün, 17:22
News thumbnail
Bugün
siyaset

DİN "Formula 1"lə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

Bugün, 17:22
News thumbnail
cemiyyet

Adil Kərimli Naxçıvanda vətəndaşları qəbul edib

News thumbnail
cemiyyet

“Azərbaycanın mineral resurs potensialı xəritələndiriləcək”